Şokoladlı pirojnalar resepti - RESEPT

Şokoladlı pirojnalar resepti - RESEPT
Tərkibi:
Xəmir:

10 x.q. kərə yağı
3/4 st. şəkər tozu
1 st. un
0,5 fincan kakao
0,5 ç.q. zəncəfil tozu
1/4 ç.q. duz
1/4 st. badam
1/4 st. qəhvəyi şəkər tozu

Çizkeyk:
900 q qaymaqlı pendir
1,25 st. şəkər tozu
4 iri yumurta
1 st. xama
0,5 st. yağlı qaymaq
2 x.q. sürtgəcin xırda gözündən keçirilmiş zəncəfil
1 limonun sedrası
1 x.q. limon şirəsi

Qanaş:
120 qr şokolad
1/4 st. yağlı qaymaq və ya 2 x.q. xama

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.
Otaq temperaturunda olan 6 x.q. kərə yağını, üyüdülmüş zəncəfili, 1/4 ç.q. duzu, 3/4 st. şəkər pudrasını, 1 st. unu və kakao tozunu eynicinsli kütlə alınanadək qarışdırın.
Xəmiri un səpilmiş masanın üstünə qoyun, üzərinə qida plyonkası çəkib dördbucaqlı yayın.
Siniyə un səpin, yaydığınız xəmiri içinə qoyub 20 dəqiqə bişirin. Sonra tam soyudun.
Korj soyuduqdan sonra hissələrə bölüb blenderə yığın, qəhvəyi şəkər, 4 x.q. kərə yağı və badam əlavə edib eynicinsli kütlə alınanadək xırdalayın.
Xəmiri yenidən formaya töküb hamarlayın.
10 dəqiqə bişirin, tam soyudun.

Çizkeyk:

Qaymaqlı pendirlə şəkər tozunu çalın, bir-bir yumurtaları əlavə edin (hər birini əlavə etdikdən sonra 1 dəqiqə çalın), xama əlavə edib çalın, qaymaq əlavə edib çalın, sürtgəcdən keçirilmiş zəncəfil, limon sedrası və şirəsi əlavə edib eynicinsli kütlə alınanadək çalın.

Qanaş:
Qaymağı qaynara düşənədək bişirin, ocaqdan götürün, şokolad əlavə edin. 3 dəqiqə sonra eynicinsli kütlə alınanadək qarışdırın.
Bir qədər soyuduqdan sonra çizkeykin 1/3 hissəsini ayırıb ona qanaşı əlavə edin, yaxşıca qarışdırın.
Çizkeykin 2/3 hissəsini formadakı korjun üzərinə tökün.
Qanaşı konditer torbasına doldurun. Çizkeykin üzərinə şəbəkə çəkin.
Sonra kibrit çöpü ilə şəbəkənin üzərində diaqonal üzrə xətlər çəkin.
Sobada 25 dəqiqə bişirin.
Sobadan çıxarıb bıçaqla kənarlarını ayırın, sonra isə soyuducuda ən azı 4 saat saxlayın.
Soyuducudan çıxarıb bir neçə saniyəlik plitənin üzərində saxlayın ki, formadan asanlıqla ayrılsın.
Sonra formadan çıxarıb kvadrat şəkildə doğrayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.