Peçenye adamlar resepti

13 Aralık 2019
1 258
0
Peçenye adamlar resepti
Tərkibi:
1 su stəkanı pudra şəkəri
1 su stəkanı qarğıdalı nişastası
1 ədəd yumurta
1 paket vanil
2–2.5 su stəkanı un
3–4 damla vanil aromatı
150 qram marqarin

Hazırlanması:
Geniş bir qaba 2 su stəkanı un, nişasta, pudra şəkəri ələyin. Otaq istiliyindəki marqarin və yumurta əlavə edərək ələ yapışmayan bir xəmir əldə edilənə qədər yoğurun. Xəmiri streç salafana bükərək soyuducuda 15-20 dəqiqə saxlayın. Oxlovun köməyi ilə açın, peçenye qəlibləri ilə kəsin. Əvvəldən isidilmiş 180 dərəcə sobada kənarları qızarana qədər təxminən 10 dəqiqə bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET