Almalı darçınlı peçenye Resepti
Bunun üçün bizə lazım olacaq:
1️⃣ 1 almanın püresi (soyub tumlardan temizləyib blendordan keçiririk)
2️⃣ 1 yemək qaşığı bal
3️⃣ 30 qram badam unu
4️⃣ 2 yemək qaşığı araxis yağı
5️⃣ 20 qram yulaf kəpəyi unu
6️⃣ 20 qram düyü unu
7️⃣ 20 qram manna yarması
8️⃣ 1 çay qaşığı darçın
Quru inqrediyentleri ayrı, duru inqrediyentleri ayrı qarışdırıb sonra blendorda birləşdiririk. Sonra isə istədiyimiz silikon qablara yerləşdirib 180 dərəcədə 15 dəqiqə bişiririk.
Hər kəsə nuş olsun!