Çox Dadlı Baton Tipli Şokolad Resepti

12 Şubat 2020
143
0
Çox Dadlı Baton Tipli Şokolad Resepti
Sağlam qidaya keçməzdən əvvəl kiçik baton tipli şokoladları dəhşət sevirdim. İndi isə sağlam versiyasını hazırladıq, dadı isə çox çox çox daha dadlı oldu.

Tərkibi:
Özü üçün:

1️⃣ 65 qr düyü unu
2️⃣ 15 qr kakao
3️⃣ 30 qr yulaf
4️⃣ 4 yumurta
5️⃣ 50 qr qatıq
6️⃣ Qabartma tozu
7️⃣ 4 xörək qaşığı bəhməz

İlk öncə yumurtanın sarısını ağından ayırın. Ağını krem kimi olana qədər mikserlə çırpın. Sonra qatıq ilə yumurtanın sarısını mikserlə tam bir-birinə qarışana qədər çalın. Daha sonra digər inqrediyentləri qarışdırıb üzərinə kefir və yumurtanı əlavə edib qarışdırın. Bunu 20-25 dəqiqə 200 dərəcə ilə (ola bilərki sizin soba üçün 180 dərəcə kifayət etsin, tam bişənə qədər yəni) sobaya qoyun. Bişəndən sonra soyumasını gözləyin.

Üzəri üçün:

1️⃣ 15 qr quru süd
2️⃣ 8 qr qarğıdalı nişastası
3️⃣ 10 qr kakao
4️⃣ 100 ml süd
5️⃣ 2 xörək qaşığı bəhməz

Hamısını qazın üzərində krem kimi olana kimi bişirin. Sonra soyumasını gözləyin.
Daha sonra hazırladığınız xəmiri blendorda əzin. Sonra isə onları kartoşka kimi formalaşdırıb üzərini krem ilə örtün. Üzərini isə qoz, badam, fıstıq və s. çərəzlər ilə bəzəyə bilərsiz.

Edəcək olanlara nuş olsun!
Mənbə:fitfood.azerbaijan
Əvvəlki Xəbər Növbəti Xəbər