Sağlam Kremli Vaffle Resepti

09 Şubat 2022
905
0
Sağlam Kremli Vaffle Resepti
Səhər yeməyi alternativi olaraq sağlam kremli vaffle-a necə baxırıq? Vaffle-ımızın xəmiri üçün lazım olacaq:

1️⃣ 150 ml qatıq
2️⃣ 50 qram düyü unu
3️⃣ Şirinləşdirici (iki yemək qaşığı bal)
4️⃣ 1 yumurta
5️⃣ Soda

Bişirilməsi isə sadədir, silikon formaya ya da vaffle cihazına tökürük. Sobada 20 dəqiqə 180 dərəcə istidə bişiririk. Kremini hazırlamağa keçək. Krem üçün lazım olacaq:
1️⃣ 200 ml süd
2️⃣ 20 qram quru süd
3️⃣ 20 qram qarğıdalı nişastası
4️⃣ 1 yemək qaşığı bal

Hazırlanması qaydası iki cürdür:
mikrodalğalı soba və ya aşağı ocaqda bişirmək. Mikrodalğalı sobada edirsizsə, əvvəlcə baldan başqa bütün inqrediyentleri qarışdırırıq sonra 6-7 dəqiqə bişiririk (hər bir dəqiqədən sonra çıxarıb qarışdırırıq). Sonra isə balı əlavə edirik. Ocaqda da eyni qaydada, bişirilərək qaynama həddinə gətirilir və sonra soyumağa qoyuruq. Bir az soyuqduqdan sonra isə balı əlavə edirik.

Hər kəsə nuş olsun!
Mənbə:fitfood.azerbaijan
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.