Sağlam Napaleon Tortu Resepti

Xəmiri üçün lazım olacaq:
1️⃣ 250 ml süd
2️⃣ 2 yumurta
3️⃣ 20 qram düyü unu
4️⃣ 20 qram qaşığı yulaf unu
5️⃣ 10 qram badam unu
6️⃣ 1 çay qaşığı zeytun yağı
Kremi üçün lazım olacaq:
1️⃣ 400 ml süd
2️⃣ 20 qram qarğıdalı nişastası
3️⃣ 20 qram yağsız quru süd
4️⃣ 4 yemək qaşığı bal
Hazırlanması:
Xəmiri üçün lazım olan bütün inqrediyentleri qarışdırırıq, yaxşı qarışmasına diqqət edək. Daha sonra ya yapışmaz tavada, ya da az yağlanmış tavada qaşıq köməyi ilə böyük blinçiklər bişiririk. Məndə təqribən 6-7 qat alınmışdı. Sonra isə kremə keçirik. Baldan başqa bütün inqrediyentleri mikrodalğalı sobada hər biri 1 dəqiqə olmaqla (hər bir dəqiqədən sonra çıxarıb qarışdırırıq ki, qurumasın və yanmasın) 5-6 dəqiqə bişiririk. Kremi aşağı alovda qazda da bişirmək olar. Bişdikdən sonra balı əlavə edirik. Sonra bir qab götürüb bir layı yerləşdirib arasına krem sürtürük. Belə bütün layları bitirənə qədər təkrar edirik. Üstünü mən layların kənarları ilə bəzədim.
Hər kəsə nuş olsun!