Bişməyən şabalıd çizkeyki Resept

Bişməyən şabalıd çizkeyki Resept
Bu günə qonaqlarımız var? O zaman bu çizkeyk tam sizlikdi. Bişməyən şabalıd çizkeyki üçün sizə lazım olacaq:
Əsas qat:

1️⃣ 50 qram araxis unu
2️⃣ 50 qram yulaf kəpəyi
3️⃣ 80 qram xurma
4️⃣ 2 yemək qaşığı kakao
5️⃣ Bir çimdik duz
6️⃣ Vanil

Orta qat:

1️⃣ 200 qram şabalıd püresi
2️⃣ 1 yemək qaşığı bal
3️⃣ 100 ml kokos südü ya da kremi

Üst qat:

1️⃣ 1 yemək qaşığı kokos yağı
2️⃣ 3 yemək qaşığı kakao
3️⃣ 1 yemək qaşığı bal

İlk qatı hazırlamaq üçün xurmaları öncədən suda gözlədirik. Daha sonra blendorda qarışdırıb yapışmaz kağız örtdüyümüz qabımıza tökürük və qaşıq vasitəsilə yayırıq.

Orta qat üçün əvvəldən qaynatdığımız şabalıdı blendorda püre edirik. Daha sonra bal və kokos südünü də əlavə edib əvvəlki qatın üzərinə tökürük. Bundan sonra bir neçə saatlıq (2-3) soyuducuya yerləşdiririk.

Ət son qatı isə bütün inqrediyentleri qarışdırıb orta ocaqda əriyənə qədər qarışdırırıq. Və soyuducudakı hazır çizkeykin üstünə tökürük. Yenidən bir saatlıq soyuducuya göndəririk.

Hər kəsə nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.