Kokoslu matçalı peçenye Resepti

Kokoslu matçalı peçenye Resepti
Çinlilər kokos və matça dadını bir-birinə yaraşdırır və birlikdə işlədir. Mən də yoxlamaq istədim və haqq qazandırdım. Kokoslu matçalı peçenyemiz üçün bizə lazım olacaq:

1️⃣ 1 yemək qaşığı kokos yağı
2️⃣ 1 yumurta
3️⃣ 50 ml süd
4️⃣ 3 yemək qaşığı bal
5️⃣ 1 yemək qaşığı matça tozu
6️⃣ 30 qram yulaf unu
7️⃣ 30 qram yulaf kəpəyi
8️⃣ 3 yemək qaşığı kokos dənəcikləri

Hazırlanması adi qaydadadır. Bütün inqrediyentleri qarışdırıb istədiyimiz formada bişirmə qabına yerləşdiririk. Mən gül forması verdim.
Qeyd edim ki, 180 dərəcədə 15 dəqiqə bişirmək kifayətdir.

Hər kəsə nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.