Kişmişli Peçenye Resepti

Kişmişli Peçenye Resepti
Tərkibi:

1️⃣ 150 qr yulaf unu
2️⃣ 8 ədəd xurma
3️⃣ Zövqə uyğun kişmiş (mən 20 qr ətrafı qatdım)
4️⃣ 3 xörək qaşığı araxis yağı


Hazırlanması:
Xurmaları 10 dəq isti suda saxlayırıq. Sonra yulaf ununu, araxis yağını və xurmaları blendora yerləşdirib üzərinə biraz su əlavə edirik (çalışın otaq temperaturunda olan sudan istifadə edəsiniz). Sonra onları qaba yerləşdiririk (məndə 6 nəfərlik silikon qablar idi, bu tipdə qabı olmayanlar əlləri ilə formaya sala bilərlər). Kişmişləri həm ortasına, həmdə üstünə qoyuruq. Sonra 180 dərəcə ilə 10-15 dəqiqə sobaya qoyuruq. Ümumi enerji dəyəri 1177 kkaldır.

Nuş olsun!
Mənbə:fitfood.azerbaijan
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.