Şirin Kartof Piroqu Resepti

Şirin Kartof Piroqu Resepti
Şirin kartof sevənlər üçün çox sadə piroq resepti gəlsin.

Tərkibi:
1️⃣ 1 şirin kartof
2️⃣ 2 xörək qaşığı bal
3️⃣ 60 qr düyü unu
4️⃣ 2 xörək qaşığı araxis yağı
5️⃣ 2 yumurta

Hazırlanması:
Kartofu qaynadıb sonra əzirik (Tam əzilməsi şərtdir). Qalan inqrediyentləri qarışdırırıq. 180 dərəcə ilə 25-30 dəqiqə sobaya qoyuruq (arada yoxlayın, sobadan sobaya fərq var). Ümumi 708 kkal təşkil edir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər