Yüngül və Çox Dadlı Şirniyyat Resepti

18 Nisan 2020
1 776
0
Yüngül və Çox Dadlı Şirniyyat Resepti
Reseptlə 25 ədəd çıxır.
Ölçü 200 ml.lik stəkanla

Ərzaqlar

3 dolu st ələnmiş un
150qr.paçka yag( kərə ya marqarin)
1 yumurta( kiçikdirsə 2 ədəd)
1st.başından 2 barmaq aşagı şəkər kirşanı( şəkəri kofemolkadan keçirib hazırlamaq da olur)
2dolu x.q. bərk qatıq( qatıq durudursa 2qat marlidən süzün)
2 x.q.duru yag
ç.q.ucunda duz, 4/1 ç.q.soda,

İçlik
1 ortaboy lumon
1.5 st.şəkər
1 paket vanil, 1stəkan qədər un
Əvvəlcə una duz atıb qarışdırın soyuq bərk yagı sürtgəcdən keçirib unla ovun
qalan hər şeyi töküb ( sodanı qatıqda söndürüb qatın)xəmir hazırlayın.lazım gəlsə un əlavə edin xəmir nə çox bərk nə də ələyapışan olmasın.qoyun soyuducuya.içliyi hazırlayınca qalsın
İçlik üçün təmiz yuyulmuş limonun qabıgını sürtgəcdən keçirin.sonra ortadan kəsin.bir hissəni qoyun kənara bu sizə lazım deyil .o biri yarısının 2 yerə bölüb içini sürgəcdən keçirin qabıqla qatın. bura şəkər vanil un( un tökürük ki suyunu çəksin bişəndə çıxıb axmasın) töküb qarışdırın.qalan mərhələlər şəkillərdə var.5 kündəyə bölün yayın çox nazik yaymayın.hər yuxanı şəkillərdə gördüyünüz kimi 5 hissəyə bölün hazırlayın (1ç.qaşıgı içlik qoyun)
QEYD bükdükcə kənarları basaraq yaxşıca bərkidin ki içlik çıxmasın 180 dərəcədə bişirin soyusun üzərinə
şəkər kirşanı səpin.

Nuş olsun!


Qeyd

Ən çox diqqət edəcəyiniz içlikdir və kənarları bərkitməkdir.içlik Boş olacaqsa və kənarları bərk baglamasanız içlik çıxacaq.
Mənbə:_renanin_metbexi_
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.