Asan yolla hazırlaya biləcəyiniz çizkeyk resepti

Asan yolla hazırlaya biləcəyiniz çizkeyk resepti
Tərkibi:
1050 qr qaymaq pendir (Pınar Beyaz peynir)
350 qr şəkər tozu
4 ədəd yumurta
550 qr qaymaq
1 ədəd limonun qabığı (zövqə görə)
Hazırlanma qaydası:

Qeyd. Bütün inqrediyentlərin eyni temperaturda olmasına diqqət edin

Hazırlanması:

Pendir və şəkər tozunu birgə mikserlə çırpın, sonra qaymaq əlavə edərək qarışdırmağa davam edin, daha sonra isə prosesi davam etdirərək yumurtaları tək-tək əlavə edərək çırpmağa davam edin (bütün inqrediyentləri eyni anda əlavə edərək qarışdırmaq olmaz)
Öncədən seçdiyiniz qabın (qabın hündürlüyünün 5 sm, diametrinin 25 sm olması məqsədəuyğundur) içərisinə – alt və kənarlarına perqament kağızını yerləşdirin
Alınan məhlulu süzgəcdən keçirərək qaba süzün
Məhsulu öncədən 180C qızdırılmış sobada 15-20 dəqiqə bişirin
Soyuyandan sonra doğrayıb porsion olaraq servis edə bilərsiniz (şokoladlı sous və ya giləmeyvələr ilə dadlandıra bilərsiniz).

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.