Tez və asan hazırlanan, yumşaq pankek resepti

13 Mayıs 2020
11 725
0
Tez və asan hazırlanan, yumşaq pankek resepti
Resepti:
2ədəd yumurta
1 x.q. duru yağ
1paket vanil
1paket qabartma tozu
1.5 st. un
1çimdik duz
1x.q. şəkər tozu
1st. süd

Hazırlanması:
Əvvəlcə yumurta və şəkəri köpürənədək yaxşıca çalırıq. Üzərinə duru yağ və süd əlavə edib, qarışdırırıq. Daha sonra un,qabartma tozu,vanil və duz əlavə edib,qarışdırmağa davam edirik. Keks xəmirindən biraz duru qarışım əldə edirik.
Hazır olan qarışımı isidilmiş tavaya (*Qeyd. Tavanı yağlamırıq) balaca çömçə vasitəsilə əlavə edərək bir üzü qızaranadək bişiririk.Sonra digər tərəfini də bişiririk.Yanında doğranmış meyvələr,əridilmiş şokolad,cem,bal və s. ilə servis edə bilərik.

*Qeyd. Əgər daha şirin sevirsinizsə,zövqə görə şəkərin miqdarını artırmaq olar.

Nuş olsun!
Mənbə:_nevims_
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.