Şokoladlı bananlı piroq

02 Haziran 2020
195
0
Şokoladlı bananlı piroq
Ərzaqlar
Tərkibi:

2 su stəkanı süd
2 su stəkanı un
3 xörək qaşığı kakao
1 xörək qaşığı kofe
1 su stəkanı şəkər
½ paket qabartma tozu
1 ədəd banan

Hazırlanması:

Bir qab götürün un, kakao şəkər və qabartmanı qarışdırın.

Üzərinə ilığ formada südü əlavə edin.

Soba qabını götürün və yağlayın.

Bananı xırda-xırda doğrayın və yarısını qaba hər tərəfə səpələyin.

Üzərinə xəmiri əlavə edin.

Qalan bananı xəmirin üsdünə səpələyin.

Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 30-40 dəqiqə bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər