Qozlu rulet resepti

25 Haziran 2020
843
0
Qozlu rulet resepti
Tərkibi:
Xəmiri üçün:
1 kq un
250 qr çəkər tozu
1 x/q duru yağ
100 qr kərə yağı
3 ədəd yumurta
300 ml süd
30 qr maya
vanil

İçlik üçün:

200 qr qoz ləpəsi
200 qr şəkər tozu

Hazırlanması:
Maya, 2 x/q un, 2x/q şəkər tozu qazana tökülür və ilıq suda həll olunur.

Mayanın şişməsi üçün isti yere qoyulur ki 2 dəfə artsın.

Böyük bir qab götürülür içinə yumurta, yağ, şəkər tozu, maya, ilıq süd tökülüb əlnən qarışdırılır.

Alınmış kütləyə un və vanil əlavə edilib xəmir yoğrulur.

Ələ yapışmayan xəmir alınır. Alınmış xəmiri 2 saat isti yerdə saxlayırıq ki şişsin.

Xəmir acıyana kimi içlik hazırlanır. Qozu biraz tavada qızardıb ləpə çəkən maşından keçirilib və şəkər tozu qatılıb qarışdırılır.

Xəmir acıyandan sonra kündələr düzəldilir və oxlov köməyi ilə açılıb üzərinə içlik tökülür.

Xəmiri rulet formasında düzəldilib yumurta sarısı vurulur.

Əvvəlcədən 190 dərəcədə isidilmiş sobada üstü və altı qızarana kimi bişirilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.