Göbələkli yumurta resepti

24 Haziran 2020
820
0
Göbələkli yumurta resepti
Tərkibi:
2 yemək qaşığı un,
250 q göbələk,
4 yumurta,
1/2 su stəkanı süd,
2 yemək qaşığı zeytun yağı,
Bir çay stəkanı pendir,
1 çay stəkanı rəndələnmiş holland pendiri,
1 ədəd bibər,
1 çay qaşığı istiot,
1 çay qaşığı duz,
1 çay qaşığı qabartma tozu,

Bişirmək üçün:

2 yemək qaşığı kərə yağı,

Diqqət:
Yumurtalı qarışığı soyuducuda bir az saxlasanız daha yumuşacıq bişər. Bu işləmi etmədən də bişirə bilərsiniz.

Bişirmə qaydası:

İstəsəniz vam odda tavanızın qapağı qapalı halda bişirə bilərsiniz.

Hazırlanması:

Bir qabın içərisinə yumurtaları qırın.
Yumurtaları mikser və yaxud da tel çırpıcı ilə 5-6 dəqiqə boyunca köpüklənənə qədər çırpın.
Üzərinə süd, un, qabartma tozu. zeytun yağı və istiotuəlavə edərək yaxşıca çırpın.
Sonra pendiri və holland pendirini də əlavə edib qarışdırın.
Strec filmlə üzərini qapadaraq soyuducuda 10 dəqiqəyə yaxın saxlayın.
Tavanın içərisinə kərə yağını əlavə edin.
Ardından göbələkləri və qırmızı bibərləri əlavə edərək vam odda yaxşıca qızardın.
Ardından duzu əlavə edin.
Bundan sonra hazırladığınız yumurta qarışığını tavanın içinə əlavə edib tavanızı 180 dərəcə qızdırılmış fırına verin.
Üzəri qızarana qədər 15-20 dəqiqə bişirin.
İsti- isti servis edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.