Araxisli Dadlı Peçenye Hazırlanması

01 Aralık 2020
636
0
Araxisli Dadlı Peçenye Hazırlanması
Araxisli peçenye

Tərkibi:
yağ - 200 qr.
şəkər pudrası - 130 qr.
un - 350 qr.
yumurta – 1 ədəd
vanil - 1\2 ç.q
duz - 1\4 ç.q
qabartma tozu - 1\2 ç.q.
yumurta sarısı – 1 ədəd (üzəri üçün)
Fıstıq - 65 qr.
15 ədəd peçenye (diametri 8 sm.)


Hazırlanması:
1. Undan başqa bütün ərzaqlar qaba əlavə edilir...
2. Mikser ilə qarışdırılır... (1-2 dəqiqə)
3. Un əlavə edilir...
4. Xəmir yoğurulur...Soyuducuya qoyulur...(Xəmir üçün optimal temperatur 20 dərəcədir)
5. Masa üzərinə un səpilir və qalınlığı 6-7 mm olan xəmir yayılır.... Xəmirdən böyük dairə formalar kəsilir və sonra mərkəzində 2 sm. diametrində daha bir dairə açılır...
6. Qaba düzülür və soyuducunun dondurucu gözündə 20 dəqiqə saxlanılır....
7. Yumurta sarısı bir qabda hazırlanır və peçenyelərin üzərinə çəkilir...
8. Araxis təmizlənir...qızardılır...
9. Yumurta sarısı çəkilən tərəfi fıstıqların üzərinə batırırıq...
10. 200 dərəcəyə qızdırılmış sobaya qoyulur... 12 dəqiqə bişirilir...
11. Üzəri çox qızılı rəng almamalıdır...(mənim daha çox bu cür xoşum gəldiyi üçün bir qədər çox qızılı rəng alıb.. :)

Nuş olsun!


Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.