Original Resept Ilə Pryanik Hazırlanması

12 Kasım 2020
944
0
Original Resept Ilə Pryanik Hazırlanması
Pryanik resepti və hazırlanma qaydası:

Tərkibi:
53 ədəd pryanik üçün:

Pryanik xəmiri üçün:

əla növ un – 480 qr.
Şəkər tozu – 260 qr.
Su - ½ st.
Kərə yağı – 50 qr.
Yumurta - 1 ədəd
Soda - 0,5 ç.q.

Qlazur üçün:

İsti su - 2 x.q.
Yumurta ağı – 1 ədəd
Şəkər pudrası - 100 qr.


Pryanikin əsl reseptinə əsasən, bu ədviyyatlar işlənməlidir:

Darçın – 50 qr.
zəncəfil - 20 qr.
Mixək – 15 qr.
Hil - 15 qr.
Hindistan cevizi – 10 qr.
Razyana – 5 qr.
Keşniş toxumu – (zövqə görə)
Qara istiot – 10 qr.
Ətirli istiot – 10 qr.

Hazırlanıb qapalı qabda saxlanılır...

1 kq. una 3-4 x.q əlavə edilir


Hazırlanması:


Karamel hazırlayaq:


1. Bir qaba 1 x.q. Şəkər tozu əlavə edilir, bərabər yayılır və orta od üzərinə qoyulur. Şəkər tozu rəngini qaraya dəyişənə qədər gözləyirik. Qabı od üzərindən götürməyə tələsməyin ki, qara rəng yaxşı alınsın.
2. Daha sonra od söndürülür və yarım dəqiqə gözlənilir...Üzərinə ½ stəkan isti (qaynayan) su əlavə edilir.
3. Qabın qulpundan tutaraq içərisindəki suyun qabın kənarlarında qalmış karameli təmizləməsi üçün su qarışdırılır...
4. Alınmış karamel işıq keçirməyəcək qədər tünd alınmalıdır...
5. Eyni qaba şəkər tozu əlavə edilir...(həmçinin ədviyyatlar qatılır...
6. amma mən atmamışam)
7. Orta od üzərinə qoyulur və şəkər tozu tam həll olana qədər bişirilir...(Yüksək od məsləhət görülmür...çünki bu halda qarışım tez qaynayır ancaq şəkər tozu hələ tam həll olmuş olmur!) dayanmadan qarışdırılır... Odun altı söndürülür...
8. 1.5 stəkan un götürülür və isti karamelin üzərinə tədricən əlavə edilərək qarışdırılır...Həmcins olana qədər yaxşıca qarışdırılır və bir qədər soyumağa buraxırıq...
9. Bir qədər soyumuş olan qarışımımızı yerdə qalan un və soda qarışımına əlavə edirik...
10. Otaq temperaturunda olan yağ və yumurta əlavə edilir...
11. Xəmir əldə edənə qədər qarışdırıb yoğururuq...
12. Soba 220 dərəcəyə tənzimlənir...
13. 20 qr. çəkidə və təxminən qoz ölçüsündə formalara ayırırıq...
14. Bir- birindən 2 sm aralı olmaqla perqament kağızı sərilmiş qaba düzülür...
15. 220 dərəcəyə qızdırılmış sobada 8 dəqiqə bişirilir (məndə 8 dəqiqədən sonra artıq çatlamağa başlayırdı)
16. Pryaniklər sobada olan müddətdə qlazur hazırlanır:

- İsti su - 2 x.q.
- Yumurta ağı – 1 ədəd
- Şəkər pudrası - 100 qr.

17. Yumurta ağı çalınır...
18. Şəkər pudrası əlavə edilərək yaxşıca qarışdırılır...
19. İsti su əlavə edilir və qarışdırmağa davam edilir...Əgər qlazur çox sulu alınsa şəkər pudrası əlavə edə bilərsiniz...
20. Bir qaba 4-5 ədəd pryanik qoyulur...2-3 x.q qlazur əlavə edilir...qapağı qoyulur və çalxalalnır...(mən isə sadəcə qlazuru qaşıq ilə üzərinə tökdüm)
21. Qlazur tam quruyana kimi gözləyirik...
22. Məndə 53 ədəd pryanik alındı...

Nuş olsun..

Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.