Asan və Dadlı İrəvan Kətəsi Resepti - Video Resept

27 Kasım 2020
1 121
0
Asan və Dadlı İrəvan Kətəsi Resepti - Video Resept
Kətə hazırlanması

Tərkibi
:

Xəmir üçün:
Un - 400 qr.
Kərə yağı - 250 qr.
Yumurta – 3 ədəd
Xama - 250 qr.
Soda - 1 ç.q.
Vanil - 1 paket

İçlik üçün:
Un - 1 st.
Kərə yağı - 125 qr.
Şəkər tozu - 1,5 st.
Vanil – 1 paket

Üzəri üçün:
Yumurta sarısı -1ədəd
Süd - 1 x.q.



Hazırlanması:
1. Una soyuq halda olan yağ kəsilərək əlavə edilir...
2. Əl ilə ovulur...soda və vanil əlavə edilir...Ortasında çuxur açılır...yumurta və xama əlavə edilir...çəngəl ilə qarışdırılır...
3. Xəmir halına gətirilir...yoğurulur...Ələ yapışan xəmir olsa bir qədər də un əlavə edilir...
4. İçlik hazırlanır:
5. Una soyuq yağ əlavə edilir və əllərin arasında ovulur...
6. Şəkər və vanil əlavə edilir...qarışdırılır...
7. Xəmir 3 hissəyə bölünür.
8. Hər bir hissə düzbucaqlı şəklində açılır (qalınlığı təxminən 3 mm)...üzərinə içlik yayılır...
9. Rulet şəklində bükülür...Orta ölçüdə hissələrə bölünür...
10. Perqament kağız üzərinə düzülür...Üzərinə süd ilə qarışdırılmış yumurta sarısı çəkilir...
11. Əvvəlcədən 180 dərəcəyə qızdırılmış sobada üzəri qızılı rəng alana qədər bişirilir...
12. Soyuq süd ilə daha dadlıdır...

Nuş olsun...

Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.