Şaftalı Pirojnası Resepti - Video Resept

23 Kasım 2020
2 527
0
Şaftalı Pirojnası Resepti - Video Resept
Şaftalı şirniyyatı


Tərkibi

kərə yağı— 500 qr.
şəkər tozu — 1,5 st. (1/2 ç.q bəzək üçün)
yumurta — 4 ədəd
vanil — 1 ç.q.
un — 6 st.
qabartma tozu — 2 ç.q.
yumşaq pendir— 220 qr. (Maskarpone, Philadelphia, Almette və s.)
qatılaşdırılmış süd— 1 qab
rom — 0,5 x.q.(Vacib deyil)
nanə yarpaqları— 6-10 ədəd
süd — 2 st.
sarı qida boyası— 70 damcı
qırmızı qida boyası— 60 damcı



Hazırlanması:

1. Öncədən soba yandırılır və 180 dərəcəyə qədər qızdırılır...Perqament kağız sərilir...
2. Bir qabda kərə yağı ilə şəkər tozu blender vasitəsi ilə qarışdırılır...
3. Vanil və yumurta əlavə edilərək qarışdırmağa davam edilir...
4. Ayrı bir qabda un və qabartma tozu qarışdırılır...Tədricən qarışıma əlavə edilir...Yaxşıca qarışdırılır...
5. Xəmirdən xörək qaşığı ölçüsündə formalar hazırlanır və bir-birindən 5 sm aralı şəkildə perqament kağız üzərinə düzülür...
6. 180 dərəcəyə qızdırılmış sobada 10 dəqiqə bişirilir...Sonra soyumağa buraxılır...
7. Kiçik iti bıçaq ilə hər iki formanın iç tərəfində oyuqlar açılır.... Bu oyuqlar bizim “şaftalı” üçün “sümük” rolunu oynayacaq... Bu mərhələdə çox ehtiyyatlı olmaq lazımdır ki, forma parçalana bilər...Qalıqları bir kənara yığırıq, onları da işlədəcəyik
8. Krem hazırlamaq üçün kərə yağı ilə qatılaşdırılmış süd qarışdırılır...
9. Rom əlavə ediləcəksə indi edilməlidir.... Formalarımızın oyuqlarından qalmış artıqları kiçik hissələrə bölərək kremə əlavə edirik....
10. Yaxşıca qarışdırılır...bu şəkildə alınacaq...
11. İçlik hazırdır... Formanın bir tərəfinə yayılır və ikinci tərəf də üzərinə qoyulur... Mərkəzdə açdığımız oyuqlara qoz yerləşdirilir...
12. Birləşdirərkən ehtiyyatla sıxılır...Çox sıxarkən parçalana bilər...
13. Üç qab götürürük. Birinə bir neçə qaşıq şəkər tozu əlavə edirik. Qalan ikisinə isə 1 stəkan süd və qida boyası əlavə edirik. 50 damcı sarı ilə 20 damcı qırmızı boya qarışdırıldıqda narıncı rəng almaq olur.
14. Peçenyemizin bir tərəfini kökrənginə batırırıq...
15. Rənglədiyimiz tərəfi şəkər tozuna batırırıq...
16. Rənglədiyimiz tərəfdən ehtiyyatla tutaraq əks tərəfi qırmızı boyaya batırırıq...
17. Rənglənmiş peçenyelər perqament kağız üzərinə düzülür və 1 saat saxlanılır...
18. Şaftalılarımızı nanə yarpaqları ilə bəzəyirik...Hazırdır...

Nuş olsun!

Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.