Pizza xəmirinin düzgün hazırlanması - Video Resept

19 Kasım 2020
1 164
0
Pizza xəmirinin düzgün hazırlanması - Video Resept
Pizza xəmirinin düzgün hazırlanması qaydası:


Tərkibi
:
Su — 125 ml.
Maya — 1,25 ç.q.
Duz — 1 ç.q.
Un — 200-250 qr.
Zeytun yağı — 1 x.q.


1. Pizzanın yaxşı alınması üçün ilk növbədə əla keyfiyyətli un istifadə edilməsi məsləhət görülür.
2. 1 stəkan isti suya maya əlavə edilir. 1 ç.q şəkər tozu da əlavə edilir ki, mayanın aktivləşməsi sürətlənsin.
3. 10 dəqiqə sonra xəmiri hazırlamaq olar. Qaba 1 stəkan un əlavə edilir. Yaxşı olar ki, un əvvəlcə az əlavə edilsin. Sonradan ehtiyac olduqca əlavə edilsin.
4. 1 qaşıq duz əlavə edilir.
5. Hazırladığımız maya bura əlavə edilir.
6. Əvvəlcə çəngəl ilə yaxşıca qarışdırılır...Sonra isə əl ilə qarışdırmağa davam edilir...
7. Xəmiri yaxşıca yoğururuq.
8. Xəmirin quru olmamasına fikir verin. Ehtiyac olarsa 1 qaşıq zeytun yağı əlavə edə bilərsiz. Daha sonra yağın hər tərəfə eyni paylandığına əmin olmaq üçün yaxşıca yoğurmaq lazımdır.
9. Xəmir yapışqan alına bilər amma un əlavə etməyə tələsməyin. Yaxşıca yoğurmağa davam edin.
10. Pizzanın xəmiri çox mühüm olduğu üçün bu qədər diqqət tələb edir. Xəmirə un əlavə etmədən minimum 10 dəqiqə yoğurmağa davam etmək lazımdır. Nəticədə çox elastik, ələ yapışmayan, yumşaq xəmir əldə olunmalıdır. Əvvəlki şəkil ilə müqayisə etdikdə görmək olar ki, fərq çox böyükdür. Mən bunu əlavə un qatmadan, ancaq yoğurmaq ilə əldə etdim.
11. Üzəri örtülərək isti yerdə minimum 30 dəqiqə saxlanılır...
12. 30 dəqiqə sonra xəmirimizin həcmi 2 dəfəyə qədər artmış olur. Həm də daha yumşaq və havalı olur.
13. Pizza üçün xəmirimiz hazırdır. Bu xəmir ilə diametri 30 sm olan 1 ədəd və ya 2 ədəd orta ölçülü pizza almaq olar.
14. Pizzanın qızıl qaydası – Maksimum temperatur, minimum vaxt.
15. Pizzanı bişirərkən yaxşı olar ki, sobanızda olan ən yüksək temperatura qoyasınız. Məsləhətdir ki, sobanın alt gözündə bişirilsin ki, tərəvəzlər və pendir bişəndə xəmir də hazır olsun.

Nuş olsun!


Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.