Kişmişli kəsmikli bulka hazırlanması - Video Resept

16 Kasım 2020
920
0
Kişmişli kəsmikli bulka hazırlanması - Video Resept
Kişmişli Kəsmikli qızılgül formasında bulka

Tərkibi

Süd - 250 ml
Yumurta (xəmir üçün 2, içlik üçün 1 ədəd) - 3 ədəd
Şəkər (xəmir üçün 100 qr, içlik üçün 100 qr) - 200 qr
Kərə yağı (və ya marqarin) - 100 qr
Un (təxminən) - 600-700 qr
Duru maya - 25 qr (quru 2 ç.q.)
Kəsmik- 500 qr
Kişmiş - 100-150 qr
Vanil (1 paket xəmirə, 1 paket kəsmiyə) - 2 paket.
Limon qabığı (zövqə görə, xəmirə)
Duz - 1 ç.q. (natamam)


1. İlk öncə kişmişin üzərinə qaynar su əlavə edilir.
2. Südü qızdırıb bir kasaya tökürük.
3. Südə maya əlavə edirik.
4. Şəkər əlavə edirik.
5. Unun yarısını əlavə edirik.
6. Qarışdırıb isti yerdə saxlayırıq.
7. Yağı əridib soyumağa buraxırıq.
8. Yağa yumurta əlavə edirik.
9. Şəkər əlavə edirik.
10. Vanil əlavə edirik.
11. Duz əlavə edirik və qarışdırırıq.
12. Mayamız gəlib.
13. Qarışımı mayaya əlavə edirik.
14. Qarışdırırıq...
15. Qalan unu tədricən əlavə edərək, qaşıqla qarışdırırıq.
16. Ələ yapışmayan, sərt xəmir əldə edənədək yoğururuq
17. Həcminin artması üçün isti yerdə saxlayırıq.
18. İçliyi hazırlayaq:
19. Kəsmiyə (otaq temperaturunda olması şərtdir) yumurta əlavə edirik
20. Vanil əlavə edirik.
21. ...şəkər tozu (100 qr)
22. Kişmiş (suyu yaxşıca süzülməlidir)
23. Yaxşı qarışdırılır.(əgər kəsmik çox sulu alınsa, un əlavə etmək olar)
24. Xəmirimiz gəlib...
25. Xəmirdən 24 ədəd eyni ölçüdə kündə hazırlayıb, yenə gəlməsi üçün gözləyirik.
26. Kündəmizi açıb, 3 fərqli ölçülü kəsik atırıq.
27. Ortasına içlik qoyuruq.
28. 3 hissədən birini (ən kiçiyini) içliyin ətrafına bükürük.
29. Daha böyük hissəni də eyni ilə bükürük.
30. Sonda ən böyük hissəni bükürük. Bağlanılan yeri mümkün qədər yaxşı sıxmaq lazımdır ki, açılmasın.
31. «Qızılgül" hazırdır
32. Hazır bulkaları da bir qədər də gözlətdiririk.
33. Yumurtanın sarısına bir qədər süd əlavə edirik.
34. Qarışdırırıq...
35. Bulkalara sürtürük
36. 180 dərəcədə bişiririk...

Nuş olsun!

Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.