Əsl Paxlavanın Hazırlanması - Video Resept

01 Kasım 2020
1 229
0
Əsl Paxlavanın Hazırlanması - Video Resept

Resept
Xəmiri:

800 q. un,
Duz,
Vanil,
Quru maya,
1 çay qaşığı şəkər tozu,
2-3 xörək qaşığı süd,
1 ədəd bütöv yumurta + 2 ədəd sarısı,
3 xörək qaşığı xama,
150-160 q. kərə yağı,
1 stəkan süd,

İçlik:
600 q. qoz, (50 q. üzəri üçün saxlayırıq),
350 q.şəkər tozu,
1 çay qaşığı hil.

Şərbət:
2 stəkan şəkər tozu,
1 stəkan + 2 xörək qaşığı su,
1/4 limon.

Üzərinə:
1 ədəd yumurta,
Paxlava sayı qədər qoz.

Yağ:
350 q. yağ, (1 stəkandan bir barmaq aşağı üzərinə saxlayırıq).

Paxlavanın Hazırlanması:
Unun üzərinə duz, vanil əlavə edilir. Daha sonra əvvəlcədən aktivləşdirilmiş quru maya, şəkər tozu və süd qarışımı, yumurta, xama, kərə yağı ilə birgə una əlavə edilərək qarışdırılır. Süd isə hissə-hissə əlavə edilir. Südün miqdarı unun növündən, yumurtaların həcmindən aslı olaraq dəyişə bilir. Paxlavanın xəmiri yoğrulduqdan sonra üzəri ötülərək 15-20 dəqiqə gözlədilir. Bu arada şəkər tozu, su və limondan şərbət hazırlanır. Paxlavanın içliyi isə qoz, şəkər tozu və hildən hazırlanır. Xəmir kündələrə bölünür. Paxlava 12 qatdan ibarət olacaq. Paxlavanin alt qatı 250 q. üst qatı 270 q. digər qatları isə 80 q. dan az olmalıdır.

Paxlava listi öncədən yağlanılır. Daha sonra paxlavanın alt kündəsi qaba uyğun yayıldıqdan sonra listə yerləşdirilir. Paxlavanın alt qatının üzəri yağlanır ancaq içlik əlavə edilmir. İkinci qatdan başlayaraq yağla bərabər içlikdə əlavə edilir. Qatların arasına 2 xörək qaşığı yağ və 3-3,5 xörək qaşığı şəkər tozu bəs edir. 11-ci qata qədər hər şey eyni qayda ilə davam edir. Ancaq 11-ci qatın üzərinə içlik əlavə edilmir, lakin yağlanır. Paxlavanın ən üst qatı da əlavə edildikdən sonra romb formasında kəsilməyə başlanır. Üzərinə yumurta və romb mərkəzlərinə qoz ləpəsi qoyulur. Paxlavalar bişməyə hazırdır.
Paxlavalar azacıq qızardıqda peçdən çıxardılaraq üzərinə yağ əlavə edilir.qatların arası yenidən bıçaq ilə kəsilir və yenidən bişməyə göndərilir.
Paxlava bişdikdən sonra üzərinə dərhal şərbət əlavə edilir. Qaynar olduğu zaman rəngi bir az açıq olur, lakin şərbət əlavə edilib 1-2 saat sonra rəngi özünə gəlir.

Nuş Olsun!

Qeyd: Südün miqdarı unun növündən, yumurtaların həcmindən aslı olaraq dəyişə bilir.

Mənbə:Yemek Reseptleri
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.