Çox Yumşaq və Dadlı Toyuq Levengisinin Hazırlanması

11 Şubat 2021
1 158
0
Çox Yumşaq və Dadlı Toyuq Levengisinin Hazırlanması
Tərkibi:
2 ədəd - soğan (qırmızı)
100 qr. - qoz
1 x.q. - əridilmiş yağ
1 ədəd – turşu lavaşana
1800 qr. – toyuq
Duz və istiot – zövqə görə

Hazırlanması
Əvvəlcə qozu ət maşınından keçirin. Daha sonra soğanı təmizləyib onu da eyni qayda ilə ət maşınından keçirin. Soğanı cunanın arasına qoyub suyunu sıxın.

Daha sonra qoz və isladılmış turşu əlavə edib, duz və istiot vuraraq yaxşıca qarışdırın. Toyuğu təmizləyib duz və istiot vurun. Toyuğun içinə və çölünə alça turşusu çəkərək, ləvəngini doldurmağa başlayın.
İçi doldurulmuş toyuğun qarnını sapla tikin. Qanadının altını, budlarını bıçaqla çərtin. Sobada 70 dəqiqə bişirin. Hər iki üzü qızaranda , sobadan çıxarıb servis edə bilərsiniz.

Nuş olsun!

Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.