Çox Dadlı Balıq Ləvəngisinin Hazırlanması | Əsl Balıq Ləvəngisi Necə Hazırlanır

04 Ocak 2021
1 253
0
Çox Dadlı Balıq Ləvəngisinin Hazırlanması | Əsl Balıq Ləvəngisi Necə Hazırlanır
Tərkibi:
2 ədəd - soğan (iri ölçü)
200 qr. - qoz
1/2 st. - bitki yağı
1 ç.q - sumaq
2 x.q - alça turşusu (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
1 ədəd 2-3 kq-lıq – Kütüm balığı
Duz və istiot

Hazırlanması:
1. Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın. Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.
2. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keşirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın.
3. Sobanı 160˚C-dək qızdırın.
4. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin.
5. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 1 saat 30 dəqiqə ərzində ) bişirin.
6. Yanında narşarabla süfrəyə verin.

Nuş olsun!

Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.