`Çay Paketi` Peçenyəsi..

12 Ocak 2015
2 018
0
`Çay Paketi` Peçenyəsi..
`Çay Paketi` Peçenyəsi..

Tərkibi (24 ədəd):

150 q kərə yağı və ya marqarin
1 paket vanilli şəkər
150 q şəkər tozu
2 yumurta
450 q un
0,5 ç.q. duz
2 x.q. süd
1 ç.q. şəkər pudrası
50 q şokolad

Unu ələyin.
Vanilli şəkəri əlavə edin.
Adi şəkər tozunu əlavə edin.
Duz qatın.
Kərə yağını və ya marqarini kubik doğrayıb əlavə edin.
Bunları ovuntuq halına salın.Yumurtaları çalın, sonra ovuntuğa əlavə edin.
Çəngəllə qarışdırın..Yoğurun.Xəmiri kündələyin.

Kündəni qida plyonkasına büküb soyuducuda 2 saat saxlayın.
Peçenyeləri kəsmək üçün kartondan çay paketi formasında fiqur kəsin.Gələn xəmiri yayın.
Kartonu üzərinə qoyaraq peçenyelər kəsin.Kokteyl çöpü ilə fiqurların yuxarısında deşik açın.
200 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Şokoladlı qlazur üçün şokoladı xırdalayıb fincana qoyun, üzərinə süd töküb mikrodalğalı sobaya qoyun. Əriyəndən sonra çıxarın, zövqə görə şəkər pudrası əlavə edin.
Soyumuş peçenyeləri şokoladlı qlazura yarıyacan batırın. Qlazur quruyanadək peçenyeləri soyuducuda saxlayın.

Deşiklərinə nazik sap sala bilərsiniz ki, çay paketlərinə tam oxşasın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.