Banoffi

15 Ocak 2015
2 230
0
Banoffi
Banoffi

Tərkibi:
2,25 st peçenye ovuntusu
110 q kərə yağı
3 x.q şəkər tozu

İçi üçün:
110 q ərinmiş kərə yağı
0,5 st qəhvəyi şəkər tozu
2 ç.q vanil
300 ml qatılaşdırılmış süd
2 st çalınmış qaymaq
3 x.q şəkər pudrası
1 ç.q vanil
4 yetişmiş banan


Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın.
Əsas üçün gərəkli ərzağı qarışdırın, dairəvi formalı siniyə döşəyin. Əlinizlə basıb hamarlayın. Qızılı rəng alanadək, 8-10 dəqiqə bişirin. Tam soyudun.
Kərə yağını qəhvəyi şəkər və vanillə qaynara düşənədək qaynadın, sonra qatılaşdırılmış süd əlavə edin. Ocağı azaldıb 3-4 dəqiqə, rəngi tündləşincə bişirin. Ocaqdan götürüb soyumuş korjun üstünə tökün. Soyudun, sonra isə soyuducuda 2 saat saxlayın.
Çalınmış qaymağı şəkər pudrası və 1 ç.q vanillə möhkəm çalın. Bananı nazik doğrayıb qaymağa əlavə edin, qarışdırın. Bu kremi piroqun üstünə əlavə edin. Daha 1 saat soyuducuda saxlayın. Üzərini şokoladla bəzəyin.
Nuş olsun!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.