Qızılgül formalı pizza

17 Ocak 2015
3 854
0
Qızılgül formalı pizza
Qızılgül formalı pizza

xəmir:
500 q un
100 ml isti su
1 st. süd
1 ç. q. şəkər tozu
2 ç.q. quru maya
50 q kərə yağı
duz
istiot
:
200 q kolbasa
200 q ət (toyuq, mal, bişmiş, yaxud hisə verilmiş)
300 q bərk pendir
ketçup
Hazırlanması :
Südü qızdırın, ilıq olanda şəkər tozu və mayanı əlavə edin, qarışdırıb 20-30 dəqiqə saxlayın.
Unu bir ləyənə ələyin, duz, istiot, otaq temperaturunda olan kərə yağı, ilıq su və gəlmiş mayanı əlavə edin. Elastik xəmir yoğurun.
Ləyəni bitki yağı ilə yağlayıb xəmiri içinə qoyun, üzərinə dəsmal örtüb 2 saat isti yerdə saxlayın.
Bu müddətdə içi hazırlayın. Zövqünüzə görə istənilən ərzaqdan istifadə edə bilərsiniz: kolbasa, qiymə, göbələk, duzlu xiyar, qarğıdalı konservi və s.
Ərzaqları xırda kubik doğrayıb qarışdırın.
Masanın üzərinə un səpin. Xəmiri yayın. Üzərinə ketçup çəkin. İçi döşəyin.
Rulet kimi bükün.
İti bıçaqla dilimləyin.
Sinini yağlayın, pizzaları içinə düzün, yuxarı hissələrini əlinizlə düzəldin (xəmiri bir qədər yana açın).
180 dərəcə qızdırılmış sobanın orta gözündə 35 dəqiqə bişirin, sonra dərəcəni 220-yə qaldırıb daha 5 dəqiqə bişirin.
Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.