Çəllək lazanyası

18 Ocak 2015
1 813
0
Çəllək lazanyası
Çəllək lazanyası

Tərkibi:

6 x.q. zeytun yağı
1 baş soğan
500 q mal əti (qiymə)
2 pomidor
2 diş sarımsaq
300 ml tomat sousu (və ya 3 x.q. pastanı 1,5 st. su ilə qarışdırın)
ədviyyat ("İtalyan göyərtiləri" quru qarışığı)
250 q motsarella
100 q rikotta
200 q "Filadelfiya" qaymaqlı pendiri
50 q parmezan
1 yumurta
8 lazanya

Soğanı təmizləyib kubik doğrayın. Yumşalınca qovurun. Qiyməni əlavə edib daim qarışdıraraq 5 dəqiqə qovurun.
Sarımsağı xırdalayıb qiyməyə əlavə edin, tomat pastası, yaxud tomat sousunu, quru göyərtiləri, duz, istiot əlavə edin. Pomidorun qabığını soyub kubik doğrayın, bunu da əlavə edin. Ocağı azaldıb 15-20 dəqiqə bişirin.
Lazanyaları zeytun yağı əlavə edilmiş qaynayan suda yarımbişmiş hala gələnədək bişirin.
Lazanyaların hər iki üzünü yağlayın.

Pendir içliyi:


Rikotta, parmezan və motsarella pendirlərinin yarısını sürtgəcin xırda gözündən keçirin, "Filadelfiya", göyərti və yumurta əlavə edib yaxşıca qarışdırın.
Formaların içinə perqament döşəyib yağlayın. Lazanyaları çəllək formasında içinə yerləşdirin. Bir, yaxud iki lazanyanı kvadratlara bölün.
Kvadratlardan birini "çəlləyin" dibinə qoyun.
Üzərinə 1 x.q. qiymə, daha bir lazanya kvadratı, 1 x.q. pendirli içlik, yenə lazanya kvadratı, yenə 1 x.q. qiymə qoyun. Lap üstdə 1 x.q. tomat pastası və ya sousu qoymaq olar.
Motsarellanın qalanını 6 dairəyə bölüb çəlləklərin üstünə qoyun.
175 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.