Azərbaycanın şərəfinə qızıl iPhone 6 hazırlandı

22 Kasım 2014
2 920
0
Azərbaycanın şərəfinə qızıl iPhone 6 hazırlandı
Azərbaycanın şərəfinə qızıl iPhone 6 hazırlandı


Caviar şirkəti səyahətlərə həsr olunmuş yeni iPhone zərgərlik kolleksiyasını təqdim edib.

Modellər arasında Azərbaycana həsr olunanı da var.

Caviar brendi Apple iPhone modellərinin zərgərlik modifikasiyaları ilə məşhurdur. Bahalı Caviar aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edilir. Telefonların hamısı əl işidir.

Caviar-ın Azərbaycana həsr olunmuş qızıl telefonunda ölkəmizin gerbi və xəritəsi əks olunub. Orada Azərbaycanın bütün tarixi əraziləri qeyd edilib.

Telefonun üzərində "Azerbaijan Land of Fire"
cümləsi də yazılıb. Qızıl smartfonun qiyməti 2754 avrodur. Smartfonun təqdimatı noyabrın sonunda Bakıda açılacaq Caviar butikində həyata keçiriləcək.

Azərbaycanın şərəfinə qızıl iPhone 6 hazırlandı
Azərbaycanın şərəfinə qızıl iPhone 6 hazırlandı
Azərbaycanın şərəfinə qızıl iPhone 6 hazırlandı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.