Qısqanclıq sevginin əlamətidirmi?

Qısqanclıq sevginin əlamətidirmi?
Münasibətlərin ortaq problemlərindən biri olan qısqanclıg hissi sevginin əlaməti deyil. Bununla bagli bir cox elmi jurnallarda dərc olunmuş arasdirmanın nəticələrində müxtəlif səbəblər ortaya çıxır: aşağı özgüvən, partnyordan asılılıq, adekvat olmayan münasibət, romantik münasibətə qarşı xronik orientasiya ve s. Ancaq heç bir halda qısqanan tərəfin sevgisinin çox olduğu nəticəsinə rast gəlinməyib.Belə görünür ki, bir çox hallarda ailədaxili münaqişələrə,hətta ölümlərə, xüsusilə, bizim toplumda, müsəlman dünyasında qadın haqqlarının tapdalanmasına gətirib çıxaran "qısqanclıq sevginin əlamətidi" mifik bir yanılqıdır.
Münasibətlər üzrə mütəxəssis, kiberpsixoloq Q.Saydmann bununla bağlı yazır ki, xəyanət olmadığı halda,hər məsələdə qısqanclıq nümayiş edənlər beyinlərində hipotetik qısqanclıq induksiya edirlər.Münasibət qapalı fazaya keçir,inam azalır, tərəflər özlərini artıq güvəndə hiss etmirlər. Sosial araşdırmaçı həll yolu kimi, münasibəti açıq fazaya daşımaqda görür.
Buna bizim toplumun düşüncə tərzində kişi dominantlığını-"kişi qısqanmalıdır', qadın narsistliyini- "məni niyə qısqanmırsan" və s. əlavə etsək mənzərə tamamlanmış olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.