Ailədə ərlə - arvad arasındakı konfliktlər

Ailədə ərlə - arvad arasındakı konfliktlər
Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfiliktlər esas rol oynayır. Feat.Az xəbər verir ki, bu da əsasən ərlə – arvadın bir – birinə olan tələbatlarının ödənilməməsindən baş verir. Belə konfliktlərin əsas səbəblərindən aşağıdakılar daha tez – tez özünü göstərir:

-Ərlə – arvadın seksual-psixi uyğunsuzluğu;
-Öz ” məni” nin tələblərinin ödənilməsi , bir – birinin mənlik hisslərinə hörmətsizlik;
-Müsbət emosiyalara olan tələbatın ödənilməməsi:diqqət, başa düşmək, yumşaq münasibət və s;
-Subyektlərdən birinin (ər və ya arvadın) öz tələbatlarının ödənilməsinə daha çox tələbkar olması (içkiyə, narkotiklərə meyil, özünə daha çox vəsait xərcləməsi və s)
-Ailə təsərrüfatı, uşaqların tərbiyəsinə, öz valideynlərinə bir- birinin tələbatlarının başa düşülməməsi və s.
-İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi.

Bunlardan başqa ailə konfliktlərinə başqa faktorlar da təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır?

Ailə həyatının birinci ili – bu dövr ərlə-arvadın bir- birinə uyğunlaşması dövrüdür. Bu iki ” mən”in birləşib bir ” biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, bir-birinə sevgi , məhəbbətin soyuması , subyektlərin həyatda olduğu kimi qavranılması başlayir. Bu zaman kəbinlərin 30%-i dağılır.

Ikinci böhranlı dövr – uşaqların anadan olması ilə bağlıdır. Hələlik tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanla qarşılaşır. Bu zaman baş verən konfiliktlərin əsasını nə təşkil edir?

-Ərlə-arvadın peşə-ixtisasartırma imkanları pisləşir.
-Uşağa xidmətlə əlaqədar qadın yorğunluğu-bu zaman onun seksual fəallığının azalması.
-Uşaqların tərbiyəsinə ərlə-arvadın münasibətlərinin üst-üstə düşməməsi.

Üçüncü böhranlı dövr – ərlə -arvadın birlikdə yaşamasının orta illərinə təsadüf edir. Bu zaman konfliktlərin oxşarlığı, cansıxıcılığına təsadüf olunur. Subyektlərin bir – birindən doyması baş verir. Hisslərdə yenilik olmur . Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.