Xəyanət genetik keçir: Atasına bax oğluna get

06 Temmuz 2016
2 102
0
Xəyanət genetik keçir: Atasına bax oğluna get
Əksər hissəmiz sevdiyi insana xəyanət edən birini gördüyümüz zaman problemi onun münasibətində və qarşı tərəfdə axtarırıq, amma mütəxəssislər sübut ediblər ki, insanlar yalnız münasibətləri yolunda getmədiyinə görə xəyanət etmirlər. Xəyanət həm də genetik yolla keçən davranışdır. Yəni əgər sevdiyiniz şəxsin ata-anası qarşı tərəfə tez-tez xəyanət edirsə, sevgilinizin də sizə xəyanət etmə ehtimalı o qədər yüksəkdir.

Avstralyanın Quennsland Universitetinin elm adamlarının araşdırmasına görə, genlərində sədaqətsizlik olan insanların sevdikləri şəxsi aldatmasının qarşısını almaq hardasa mümkünsüzdür. Mütəxəssislər qadınların təxmini 40% inin aldatmaya meyilli olduğunu bildirir və bunun AVPRIA adlı gen dəyişikliyi ilə əlaqədər olduğunu qeyd edirlər.

Psixoloq Brandon Zitsch və onun komandası yaşları 18-49 arasında dəyişən və uzunmüddətli münasibəti olan 7300 insan üzərində araşdırma aparıblar. Bu araşdırmaların nəticələrinə görə qadınların 6.4%-i kişilərin isə 9.8%-i sevdikləri insanı ən azı bir dəfə aldatdıqlarını bildiriblər. Bu şəxslərin valideynləri arasında aparılan sorğu zamanı onlar da müəyyən bir müddət həyat yoldaşlarını aldatdıqlarını etiraf edib, hətta valideynlərin bəziləri evlilikləri boyu birdən çox insanla münasibət yaşadıqlarını qəbul ediblər.

azadqadin.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.