Sevgilinizin Ancaq Özünü Düşündüyünü Göstərən 5 Əlamət

15 Temmuz 2016
2 214
0
Sevgilinizin Ancaq Özünü Düşündüyünü Göstərən 5 Əlamət
Münasibət qurmaq nə qədər çətindirsə, həmin münasibəti davam etdirmək qat-qat daha çox əmək tələb edir. Bir əlaqənin gücü qarşılıqlı əmək, enerji israfından asılıdır. Əgər bunlar birtərəflidirsə, qarşınızdakı insan ancaq özünü və öz istəklərini düşünürsə, işlər çətinləşə bilər.

Bəzən sevgi o qədər gözlərimizi tutur ki, biz sevdiyimiz isnanın eqosunun nə qədər yüksək olduğunu dərk edə bilmir, bununla da öz psixoloji vəziyyətimizə ziyan vururuq. Bu məqalə də sizə sevgilinizin ancaq özünü düşünüb-düşünmədiyini dərk etməyə kömək edəcək.

Sevgilizin ancaq özünü düşündüyünü göstərən əlamətlər..

Sevgilinizin Ancaq Özünü Düşündüyünü Göstərən 5 Əlamət


O heç vaxt üzr istəmir


Günahını boynuna almaq bu insanlar üçün ölüm-dirim məsələsi kimidir. Onlar günahlarını boynuna almırlar, çünki ümumiyyətlə günahkar olduqlarını düşünmürlər və bunu onlara sübut etmək qeyri-mümkündür. Bir çox hallarda məsələnin böyüməməsi üçün siz üzr istəyir və söhbəti bağlamalı olursunuz.

Onun sizə dəyər verdiyini hiss etmirsiniz.


Dünya onun ətrafında fırlanır və hər cür dəyərə, hörmətə layiq olan da məhz Odur! Bəli, bəli - bu eqosu şişkin adamların ən adi düşüncəsidir. O sizə heç bir diqqət göstərmir, verdiyi sözləri və sizinlə bağlı olan vacib məqamları unudur, üstəlik də diqqətsiz olduğunuz üçün sizi də qınamağa macal tapır.

O istəklərini sizə məhəl qoymadan formalaşdırır.


Sizin varlığınıza məhəl qoymadan arzular qurur, xəyallarında özünüzə yer tapa bilmirsiniz. Hər hansı bir arzusu haqqında danışdıqda da, həmin mümkün hadisənin bir hissəsi olaraq özünüzü hiss edə bilmirsiniz. Bunun sizə nə qədər ağır təsir etdiyini heç vaxt hiss etməmək kimi bir xüsusiyyətləri də var.

Sizi təhqir edə bilər.


Bu təhqir həm şifahi, həm də fiziki formada ola bilər. Bu cür insanlar fikirlərini sizə yeritmək üçün hər şeyə əl ata bilərlər. Bu təhqirlər sizdə özünüzə inamı azaldır, başqa heç kimə lazım olmadığınız düşüncəsini formalaşdırır. Bəzən hətta fiziki təzyiqlər dərəcəsinə qədər enə bilir.

Sizin "səsvermə" haqqınız yoxdur.


İkinizə də təsir edəcək, hər birinizə aid olan qərarlarda da sizin söz demək haqqınız olmur. O hər şeyin ən yaxşısını bildiyini düşünür və sizi hər hansı bir qərarvermə prosesinə daxil etmək barəsində düşünmür də..
pahoo.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.