Boşanmaya aparan 10 səbəb

Boşanmaya aparan 10 səbəb
Evlənmək üçün bir çox səbəb saya bildiyimiz kimi boşanmağın da vaxtının çatdığını göstərən səbəblər var.

1. Yaxşılıq
Həyat yoldaşınızla müqayisədə yaxşı adam olduğunuzu düşündüyünüz olur? Daha yaxşısına layiq olduğunuza inanırsınız? Bu cür düşüncələr beyninizdə əmələ gəlirsə artıq bu ilk həyəcan siqnalıdır.

2. Təcrid olunma

Evləndikdən sonra özünüzü təcrid olunmuş kimi hiss edə bilərsiniz. Ailə həyatının karyeranıza, seçimlərinizə, ya da yaşamaq istədiyiniz həyata qarşı olduğunu da düşünə bilərsiniz.

3. Əlaqəsizlik
Əlaqə saxlamaq yalnız telefonla danışmaq deyil. Eyni zamanda, bir-birinizi dinləmək və nəsə öyrənmək mənasına gəlir. Bəzən siz danışırsınız, ancaq qarşınızdakı sizə anlamır. Bu, münasibətinizin partlamağa doğru getdiyini göstərir.

4. Fərqlilik

Başlanğıcda hər şey çox gözəl olsa da, zaman keçdikcə mədəniyyət fərqi özünü göstərir. Bu cütlüklər arasında ən əsas problemə çevrilir. Ailələr, dostlar fərqli olanda iki nəfər arasındakı uçurum da artır.

5. Dəyişiklik

Evlilik ancaq barmağa üzük taxmaqdan ibarət deyil. Ailə qurmaqla bütün həyatınız dəyişir. Biri ilə eyni evi bölüşmək, onunla bütün ömrünü birlikdə keçirmək çox da asan deyil. İki tərəf bir-birinə anlayış göstərib həyatlarını birgə qurmağa səy göstərərsə, hər şey düşündüklərindən daha asan olacaq. Əgər hər kəs öz həyatını yaşamaq istəsə və ancaq qarşı tərəfdən fədakarlıq gözləsə ailə həyatının davam etməsində problemlər yarana bilər.

6. İnam

Qarşı tərəfə inam evliliyin ən əsas amillərindən biridir. Həyat yoldaşınıza etimad göstərsəniz problemləri daha asan həll edə biləcəksiniz. Lakin münasibətdə inam yoxdursa, ya da var olan inam itibsə, o zaman ailə həyatınızda çat əmələ gələcək.

7. Qısqanclıq
İnamsızlıq insanın içini yeyən kiçik qurd kimidir. Bu hiss qısqanclıqla birləşdikdə isə vəziyyət çıxılmaz hal ala bilər. Qısqanclığınız səbəbi bəlkə həyat yoldaşınız ola bilər. Bəlkə də olanları həddən artıq şişirdirsiniz. Amma səbəb nə olursa olsun qısqanclıq evliliklərin bitməsində ən əsas problemlərdən biridir.

8. Pul

Pul həyatınızı gözəlləşdirməklə bərabər pisləşdirmək gücünə də malikdir. Cütlüklərin boşanma səbəbləri arasında pul ilk sıradadır. Maddi problemlər cütlüklərin bir-birlərinə olan hörmətinin azalmasına və mübahisələrin yaranmasına gətirir.

9. İş yoldaşına qarşı münasibət

Uzun müddət evli olan cütlüklər bəzən həyat yoldaşlarından istədikləri duyğunu ala bilmirlər. Bu zaman flört etmək, yeni həyəcanlar və duyğular hiss etmək evliliyə baxış tərzinizi da dəyişdirə bilər. Əgər işdəki dostunuza qarşı hissləriniz yaranırsa, onunla vaxt keçirmək sizə daha böyük zövq verirsə deməli evliliyiniz təhlükədədir.

10. Cinsi problemlər

Xüsusilə evləndikdən bir müddət sonra cinsi həyatınız monotonlaşmağa başlaya bilər. Hər gecə eyni bədəni görmək sizi həyəcanlandırmaya bilər. Xüsusilə uşaq dünyaya gəldikdən sonra bu hal özünün daha da qabarıq göstərməyə başlayır. Bu hallar da boşanmağa səbəb ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.