“Səni Sevirəm“ demədən sevgini göstərməyin yolları

24 iyul 2016
1 513
0
“Səni Sevirəm“ demədən sevgini göstərməyin yolları
Sevgini etiraf etməyin vacibliyini danmaq fikrində deyilik. Sevdiyin insana "Səni sevirəm!" deyə bilmək, həqiqətən də hər iki tərəf üçün böyük xoşbəxtlikdir. Lakin münasibətdə olduğunuz insana sevginizi göstərməyin fərqli yollarını da tapmaq bu sözləri vaxtaşırı demək qədər vacibdir. HuffingtonPost öz oxucularına bu barədə sual verib və çox maraqlı nəticələr əldə edib. Feat.Az həmin cavablar əsasında sizə sevgini fərqli üsullarla göstərməyin sirlərini açır.
İnsanlar sevildiklərini belə hiss edirlər:

1. “Mənim nişanlım saç bağını daima cibində gəzdirir, çünki mənim hər zaman unutduğuma fikir verib. Hər dəfə unutduğuma görə əsəbləşəndə, cibindən çıxarır və mənə verir." — Leah W.
2. “O təkcə mənim deyil, valideynlərimin də işlərinə kömək edir.” — Rima B.
3. “O hər səhər işə gedəndə qabları qabyuyan maşına yerləşdirir və uşaqların oyuncaqlarını yerdən yığır ki, mən səhərimə daha səliqəli və gözəl evdə başlayım."— Sarah B.
4. “Havalar soyuq olanda yatağın mən yatan tərəfinə birinci girib, oranı isidir ki, mənə soyuq olmasın.” — Cathrine L.
5. “O mənim üçün artıq 12 ildir ki, hər gün axşam yeməyi hazırlayır." — Katy A.
6. "Mənim həyat yoldaşım 48 yaşında qəfildən vəfat etdi. Onun ən çox darıxdığım cəhəti odur ki, mənim üçün kofe hazırlayanda birinci fincanı qızdırırdı, çünki mənim kofeni çox isti içməyi sevdiyimi bilirdi." - Jacque C.
7. "O sırf mənim işə maşınla getməyim üçün, özü avtobusla getməyi sevdiyini deyir." — Audrey B.
8. "Biz ilk görüşdüyümüz gündən etibarən hər gün saat 4-də mənə mesaj yazmaq adəti var. Bu mənim üçün günlərimi parlaqlaşdıran çox şirin vərdişdir." _ Ted K.
9. "O mənə qulaq asmağı sevir - bu qədər sadə. Saatlarla mənə qulaq asır və hər zaman məni dəstəklədiyinə əmin olmağıma nail olur." - Annie B.
10. "İş üçün fərqli ölkələrə səyahətə çıxdığında, məni də bu səyahətin bir parçasına çevirməyə çalışır. Getdiyi yerlərdə yerli mağazalara daxil olub, xüsusi hədiyyələr alır və onlarla bağlı əhvalatlar danışır. Belə halda mən də özümü onun yanındaymış kimi hiss edə bilirəm." - Ashley S.
big.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (23)
21:00
632

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (23)

18.08.2019 Gündəlik Bürclər (18 Avqust 2019 Günlük Bürclər)
20:00
1 688

18.08.2019 Gündəlik Bürclər (18 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (234)
19:00
667

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (234)

Kitabə Yazılı Şəkilləri 2019 (1)
18:00
502

Kitabə Yazılı Şəkilləri 2019 (1)

Mən vidalaşmağı belə bacarmıram - Əlvida!
17:00
240

Mən vidalaşmağı belə bacarmıram - Əlvida!

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
279

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Sevgilim Yazılı Şəkilləri 2019 (51)
15:00
693

Sevgilim Yazılı Şəkilləri 2019 (51)

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI
14:00
115

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI

Bürclər Haqqında Maraqlı Məlumatlar (576) - Fotolar
13:00
448

Bürclər Haqqında Maraqlı Məlumatlar (576) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ