Cinsi həyatın düşmənləri

Cinsi həyatın düşmənləri
Münasibətlərin xoş olması hər bir ailədə vacibdir. Lakin cinsi münasibətlərin də normal gedişatda olması qat-qat vacibdir. Çütlüklərin bilmədiyi məqamlar vardır ki, məhz həmin xırda, lakin vacib səbəblər münasibətlərinizi korlaya bilər. Bu səbəblər cinsi həyatınızın düşmənləridir.
Cinsi həyatın düşmənləri nələrdir, bilirdinizmi?

Yuxusuzluq: Yuxusuzluq halında stres hormonlarından kortizol hücumu artar. Bu hormonun yüksəkliyi cinsi istəyi azaldır.

Aybaşı öncəsi: Aybaşı qanamasının görüldüyü gündən əvvəlki həftə,qanda yüksələn proqesteron cinsi istəyi birdən azaldır.

Əmizdirmə dövrü: Süd yaranmasını kontrol edən prolaktin cinsəl istəyi azaldır. Bu dövrdə südün xaricə axmasını təmin edən digər hormon oksitosin, uşaqlıq yığılmasına səbəb olur və orqazma mane olur.


Siqaret: Siqaret tüstüsündəki bir çox kimyəvi maddə damarlarda yığılmaya səbəb olur. Qanın keçdiyi cinsi orqanların damarları da hissiyatsız olur.

Stres: Stresli bir gündən sonra cinsi arzu azalır. Stres zamanı kortizol kimi hormonlar artar. Stres cinci həyatda çox önəmli faktorlardan biridir.
qadin.net
Şərh Yaz