Niyə gözlərimiz bağlı öpüşürük?

Niyə gözlərimiz bağlı öpüşürük?
Gözü bağlı öpüşməyin səbəbini bilmək istəyirsiniz? Onda diqqətlə oxuyun.

Bu kimi şablon cümlələrə tez-tez rast gəlirik: “Sizinlə öpüşərkən gözünü açıq saxlayan birindən dərhal uzaqlaşın”

Bəs bu, niyə əhəmiyyətlidir? Keçdiyimiz günlərdə nəşr olunan bir psixoloji çalışma bu mövzuya aydınlıq gətirmişdi

Buna görə toxuma hissimiz, zaman hissimizlə düz mütənasib olaraq çalışır

Yəni?

Əgər beynimizə çox informasiya qəbul olursa, (bir şeyləri görmək, eşitmək, dadmaq kimi) bunları etmək də bir o qədər yüksək səy tələb edir.

Hər hansı bir duyğu çatışmazlığı olan insanların digər duyğularının daha güclü hala gəldiyini xatırlayın. Eyni məntiqdir

Yəni gözlərimizi bağladığımız zaman, beynimizə qəbul olan vizual axını kəsmiş oluruq

Beləliklə, toxunma hissiyatımız artır və öpüşmələr daha sıx və ehtiraslı hala gəlir.

Əlbəttə, bunu biz belə qəbul etmişik. Bu elmi çalışmanın öpüşməklə bir əlaqəsi yoxdu

Amma bu işin incəliklərinə bələd olduğumuz zaman, tam mənası ilə beynimizin içində nələr olub bitdiyini anlayır və buna oxşar mənalar verə bilirik.

Bəs təcrübə necə aparılıb və nəticələri nə olub?

İştirakçılar müəyyən vizual testlərə qatılıblar. Bir tərəfdən vizual bir sıra tapmacalar həll ediblər, digər tərəfdən isə əllərinə xırda titrəyişlər verilib

Tədqiqatçılar, vizual testlərin çətinlik səviyyəsi artdıqca, iştirakçıların titrəyişi daha az hiss etdiyini, titrəyişlərin şiddətinə qarşı hissiz qaldığını müşahidə ediblər.

Buradan da…

“IFL Science”də buradan qaynaqlanaraq, öpüşərkən gözlərini bağlamanın aksiyaya tam mənada yönəltməyə yardımçı olduğunu və bəlkə də buna görə bu qədim adətin əmələ gəldiyi nəticəsinə gəlmişdir.

Bəs sizcə bu açıqlama məntiqlidirmi?

RƏY ƏLAVƏ ET