İkinci görüşə kim dəvət etməlidir? - Kişilər və qadınlar həmfikirdir

02 Eylül 2016
1 461
0
İkinci görüşə kim dəvət etməlidir? - Kişilər və qadınlar həmfikirdir
Araşdırmalara görə, kişi və qadınların bir çoxu ilk görüşdə sevgiyə inanır. İlk görüş üçün kişilər daha tələskən, qadınlar daha çox danışan olurlar. Telefonla çox maraqlanmaq isə hər iki tərəf üçün də mənfi haldır. İlk görüşdə qarşınızdakı insana mənfi təsir etmək istəmirsinizsə Təkliflərimizə diqqət edin.

Kişi və qadınların çoxunu online tanış olduğu biri ilə ilk görüşün nə qədər müddət sonra olması sualı maraqlandırır. Araşdırmalar, internetdə tanış olan kişilərin daha tələsikən, qadınların isə daha təmkinli olduğunu ortaya çıxarıb.

Kişilərin 90% -i görüşmək üçün tanış olduqdan sonra 1 həftədən az müddət keçməsinin kafi olduğunu, qadınların 90% -i isə 1 aydan çox zaman keçməsi lazım olduğunu düşünür.


İlk görüşdə mənfi hiss meydana gətirəcək 3 məqam soruşulduqda iştirakçıların yarısı qarşısındakının telefonu ilə maraqlanması, süni və çoxbilmiş rəftarlar sərgiləməsini deyib. Qalan 30% -i soyuq və səssiz rəftarlar, dar dünyagörüş və kaprizli şəxsiyyətin itələyici olduğunu dilə gətirib. 20 % isə lazım olduğundan çox səmimiyyət, kobud danışıq üslubu və yemək yemə formasını nümunə gətirib.

“İlk görüşdə sizi müsbət təsir edəcək 3 məqam nədir?” - soruşulduqda isə iştirakçıların yarısı "gülümsəmə, baxımlı olma və danışma tərzi"nin olduğunu deyib. 10%-i yenə telefonu ilə maraqlanması, səmimiyyət və söhbət etmək qabiliyyətini vurğulayıb, 20%-i baxışların, əxlaqlı və özündən əminliyin əhəmiyyətli olduğunu dilə gətirib. 20% isə baxışlarla yanaşı, geyim tərzi və gözəl qoxunu bildirib.


İlk görüşmədə hesabın paylaşılması mövzusunda isə cavab dəqiqdir. İştirakçıların 90% -i hesabın kişi tərəfindən ödənməsi lazım olduğu mövzusunda həmfikirdir.

Kişi iştirakçıların 80%-i ilk görüşdə qadının evdən götürülməsinin uyğun olmadığını ifadə edər, 20%-i ancaq əgər qarşısındakı istərsə onu evindən götürə biləcəyini deyib.


“İlk görüşdə onu hara aparardınız?”- soruşulduqda isə iştirakçıların 80%-i restoran, kafe deyərkən, 20% -i sakit bir sahil kənarında görüşməyi seçim edir. İştirakçıların 40% -i ilk görüşüləcək yerin qadınların təyin etməsini lazım bilir, 40%-i isə ortaq qərar verilməsinin daha doğru olduğunu ifadə edib. Məkanın kişilərin təyin etməsini lazım bilənlər isə 20% təşkil edib.

İştirakçıların 80%-i ilk görüşdə eşq yarana biləcəyi mövzusunda ümidlidir. Üzvlərin 50%-i ilk görüşdə sevgiyə inanır, 30%-i isə aşiq olunmasa belə, münasibətin yaranması üçün müəyyən xoş duyğuların başlaya biləcəyini söyləyib. İlk görüşdə aşiq olmanın mümkün olduğunu düşünənlər isə 20%-dir.


“İlk görüş üçün təxmini nə qədər büdcə ayrılmalıdır?” soruşulduqda iştirakçıların 80%-i büdcə mövzusunu əhəmiyyət vermədiyini və xüsusi bir büdcə təşkil etmədiyini deyib. 10% 100 dollara qədər çıxa biləcəyini, 10% isə xərclərin görüşdükləri adama görə dəyişəcəyini bildirib.

İkinci görüş təklifinin kişidən gəlməsi lazım olduğu mövzusunda kişi və qadınlar həmfikirdir. Kişilərin 90%-i ikinci görüş təklifini qadından gözlədiklərini, qadınların 90%-i də təklifi kişilərdən gözlədiklərini deyiblər.


İlk görüşdə kişilər danışmaqla müqayisədə dinləməyi daha çox sevir. Kişi iştirakçıların 70%-i dinləməyi daha çox sevdiyini ifadə edib. Danışmağı daha çox sevdiyini söyləyən kişilərin 28%-i düşünmədən danışdıqlarını etiraf edib. Bu nisbət qadınlarda 42%-dir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.