Subay Xanımlara 9 Məsləhət

Subay Xanımlara 9 Məsləhət
«Subayam, ailə həyatı qurmaq istəyirəm» deyirsinizsə, bu tövsiyələr məhz sizin üçündür.
Ailə həyatı quracağınız insan necə olmalı? Hansı kişilərlə ailə həyatı qurmaq olmaz? İndi sizə
bunları bir-bir açıqlayacam.

Elə insanlar var onlarla ailə həyatı qurmaq olar, elələri də var ki, onlarla evlilik haqqında hətta düşünmək belə olmaz. Subaykən verəcəyiniz yanlış bir qərar irəlidə sizi üzən, zəiflədən bir münasibətə, hətta evliliyə səbəb ola bilər. Bu səbəbdən bir insanla uzunmüddətli münasibət qurmağı düşünürsünüzsə, evlilik qərarı vermədən öncə düşünün. Subay xanımlar, bu məqalə məhz sizin üçündür! Bu tövsiyələri oxumadan ailə həyatı quracağınız adamı seçməyin.

1. Dostu olmayan adamla əsla ailə həyatı qurmayın

Bu, onun sosiallaşma və ya insanlarla ünsiyyət problemi olduğuna işarədir. Zaman keçdikcə sizin dostlarınızdan da bezərək sizi onlardan uzaqlaşdırmaq istəyə bilər. Üstəlik, bir həyat yoldaşında ən önəmli özəlliklərdən biri sizə ən yaxın dost olmağı bacarmasıdır. Dolayısıyla, dostluq edə bilməyən birinin yaxşı həyat yoldaşı olması olduqca uzaq bir ehtimaldır. Həm də dostları ilə vaxt keçirməyən bir kişi hər zaman sizin yanınızda olmağı istəyər: «Nə olar ki, bir yerdə olanda daha gözəl vaxt keçiririk» deyənlər də olur. Öncələri sevdiyiniz insanın sizinlə daha çox vaxt keçirmək istədiyinə sevinsəniz də, əmin ola bilərsiniz ki, bir müddət sonra bu vəziyyət sizi çox bezdirər.

2. Gülməyən birinə əsla güvənməyin

İçindən gülmək gələndə «cool» görünmək üçün özünü tutan, qəhqəhə çəkməyi bacarmayan bir kişi, əsla özü kimi olmayan kişidir. Sizcə, hər zaman özünü olduğundan fərqli göstərən birinə nə dərəcədə güvənmək olar? O zaman, səmimi gülməyən, qəhqəhə çəkməyən bir kişiyə güvənməyin. Nədən soyuq və donuq olduğunu anlamağa çalışın. Əgər olduğu kimi görünməməyə çalışaraq, insanlarda özü haqqında fərqli fikirlər yaratmaq istəyən biridirsə, ondan uzaqlaşın, güvənməyin.

3. Yola düşmüş qatarın dalınca qaçmayın

Siz stansiyada gözləyən sərnişin, kişilər isə o stansiyadan keçən qatar kimidirlər. Qatar gecikmişsinizsə, qəti şəkildə arxasından qaçmayın, bu sizə zərər verər. Necə olsa da, stansiyaya başqa qatarlar da gələcək! Gedənin arxasından qaçmaq və ya kədərlənmək, üzülmək yerinə həyatın önünüzə yeni fürsətlər çıxarmasına izin verin. Gedən getmişdir artıq, amma gələn… Bəlkə də, həyatınızın sevgisi orada, bir yerdə qarşınıza çıxmağı gözləyir.

4. Ciddi münasibətlərə hazır olmadığını deyirsə, yaxşı düşünün

Qarşınıza çıxan kişi ilə xasiyyətiniz uyuşmuş, aranızda bir sevgi qığılcımı doğmuş ola bilər. Amma bu heç də uzun müddətli bir münasibətlərə başlamağınıza işarə etmir. «Münasibətlərə hazır deyiləm» deyirsə, bunu onun tərəfindən bir naz kimi düşünüb keçəcəyini fikirləşməyin. Hazır deyilsə, o insanı narahat etməyin, sonra üzülən siz olarsınız. Münasibətlərə hazır olmadığını bilən bir kişi ilə flirt də, evlilik də bir müddət sonra cəzaya çevriləcək.

5. Özünüzə hörmət qoyun

Biz qadınların ən çox yol verdiyimiz səhv…həyatımıza biri girər. Sevərik, onu ucaldar, yerə-göyə sığdırmarıq…Onu həyatımızın «hər şeyinə» çevirərik. Onun üçün yaşayar, onunla bir yerdə olduğumuz vaxtlarda xoşbəxt olarıq…Əsl səhv olan budur.
Ən başdan diqqətli olun! Özünüz üçün ondan ayrı bir vaxt da ayırın. Həyatınızın ondan xaricdə qalan hissəsi böyük bir «0» olmasın. Gəzin, kitab oxuyun, dostlarınızla vaxt keçirin, qısası özünüzə vaxt ayırmağı unutmayın əsla.

6. Hobbiləri olan kişilərə üstünlük verin

Həyatı sadəcə işdən ibarət olan bir kişi evlilikdə, ya da uzunmüddətli münasibətlərdə çox darıxdırıcı biri olur. Xobbiləri olan kişi isə sonsuz hekayələri ilə həyatınızın sonuna qədər sizi əyləndirməyi və
təəccübləndirməyi bacara biləcəkdir. Evlənmək üçün özü ilə qalmağı bacaran, xobbilərinə zaman ayıran bir kişiyə üstünlük verin.

7. Əkizinizi axtarmayın

Həyatınızı sizinlə eyni özəlliklərə sahib birini axtarmaqla keçirməyin. Sizinlə tamamilə eyni zövqlərə və düşüncələrə sahib biri ilə həyat düşündüyünüz qədər əyləncəli olmaya bilər. Önəmli olan, hər ikinizin sahib olduğu fərqli yönlərin bir-birini tamamlaya bilməsidir. Tanış olduğunuz insana bir az vaxt verin, xüsusiyyətlərini tanımağa çalışın. «Mənə oxşamır» deyib öncədən fikir yürütməyin. Sizə heç bənzəməyən biri ilə birlikdə olmaqdan zövq alıb, ondan çox şeyləri öyrənə bilərsiniz. Bu fərqliliyi bəziləri
müxtəlif cür yoza bilərlər. Amma bir şeyi unutmaq lazım deyil ki, hər şey müxtəlif olsa da, mədəni səviyyələriniz arasında mütləq bir bağ olmalıdır.


8. Əsla bir oğlanın adını bədəninizə tatu etdirməyin

Bəli, ola bilər bu dəqiqə ən çox onu sevirsiniz. Amma həyatdır, nə olacağı öncədən bəlli olmur. Ayrılıq da sevginin bir hissəsidir. Hər sevgidə ayrılıq olmur, amma sizin sevginizdə ayrılığın heç vaxt olmayacağına heç kim zəmanət verə bilməz. Buna görə də oğlanın adını bədəninizə döydürüb ömrünüzün sonuna qədər insanlara kimin adı olduğunu izah eləmək məcburiyyətində qalmayın.

9. Çətin xarakterli kişilərdən uzaq durun


Çətin xarakterli kişilər kimlərdir: qısqanc kişilər, işə vurğun kişilər, bağlanmaqdan qorxan kişilər və təbii şorgöz kişilər. Bu, 4 çətin xarakterli kişi tiplərindən hansı biri iləsə qarşı-qarşıyasınızsa 2 dəfə düşünün.

Ərə getmək, evlənmək asandı, amma ailə qurmaq çətin. Ona görə də, mən hər bir xanıma ən əsası sadəcə ərə gedəcəyi deyil, Ailə həyatı quracağı insana rast gəlməsini arzu edirəm.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.