Kişilər, diqqət! Qadını özünüzə belə aşiq edin - YOLLARI

Kişilər, diqqət! Qadını özünüzə belə aşiq edin - YOLLARI
Aşiq etmənin yolu bir dəstə qızılgül, romantik şam yeməyi, ya da birgə romantik film izləməkdirmi görəsən?

Feat.Az kişilərə qadını özünə aşiq etmənin yollarını təqdim edir.

Uşaqlara yaxşı davranın. Əgər bunu etmirsizsə, heç olmasa qadınların yanında onlara nifrət etdiyinizi deməyin.

Özünüzə gülməkdən qorxmayın.

Xoşlanmasanız belə, qadına qarşı hörmətlə davranın.

Gözləmədiyi anlarda qəhvə, ya səhər yeməyi hazırlayın. Birlikdə bir səhər yeməyi yemək belə xoşdur.

Qorxu filmi izləyərkən sizə möhkəm sarılmasına, qolunuzdan möhkəm sıxmasına icazə verin.

Müvəqqəti olaraq jaketinizi ona hədiyyə edin.

Nəqliyyat vasitələrində yerinizi yaşlı xanımlara verin.

Qapını qadın, ya kişi - hər kəsə açın ki, nə qədər alicənab olduğunuzu görsün.

Karaoke partilərinə qatılın. Səsiniz olmasa da, əylənməyə cəhd edin.

Maraqlandığınız şeyləri ona da öyrədin.

“Yaxşısan?”, - deyə soruşduğunda “yaxşıyam” deyib keçməyin. Səmimi olun.

Sevimli içkisini unutmayın.

Başını sinənizə qoyduğunda oxşamayı unutmayın.

Pultu təkbaşına sahiblənməyin.

Sevdiyiniz film, kitab, musiqilərlə bağlı həqiqətən təvazökar olun.
lent.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.