Gecə Çılpaq Yatın - 6 SƏBƏB
1. Tərəf müqabilinizin daha çox xoşuna gələrsiniz
2014-cü İngiltərədə aparılan bir araşdırmaya görə, çılpaq yatan insanların 57%-i münasibətlərində çox xoşbəxtdirlər.
2. Diabetin qarşısını alır
Yetkin insanlarda az miqdarda qəhvəyi yağ (zərərsiz yağ) var və aparılan araşdırmalara görə, yataq otağı temperaturunun bədən yağları üzərində təsiri var. Soyuq otaqda yatan insanlarda qəhvəyi yağ nisbəti iki qat artır və insulin həssaslığı yaxşılaşır ki, bu da diabet riskini aşağı salır. Yəni çılpaq yatmaq çox istilənməyə mane olaraq eyni işə yarayır.
3. Qadınların sağlamlığı üçün daha yaxşıdır
Həddindən artıq isti mühit qadınların vaginal bölgəsində göbələk və bakteriya riskini artırır. Çılpaq yatdığınız zaman bölgəyə çatacaq hava axınını artıraraq, infeksiyalara mane olarsınız.
4. Ulu babaların izi ilə
Heç xəbəriniz var ki, müasir dövrdə bir çox insan mağara adamlarının qidalanması üzərində qurulu “Paleo” pəhrizini tətbiq edir? Elə isə niyə həm də onlar kimi yatmayaq? Mağara insanlarının çılpaq yatdıqlarını vurğulayan amerikalı alim Rachel Salas bildirib ki, çılpaq yatmaq insanda qorunma və təhlükəsizlik duyğusu yaradır.
5. İmmunitet sistemini gücləndirir
Araşdırmalar sübut edib ki, bədən bədənə toxunduqda böyrəküstü vəzilər bir mesaj halını yaşayır, stress hormonu kortizol istehsalını yavaşladır. Kortizol immunitet reaksiyasına da mane olur. Bədən bədənə təmas etdiyi zaman oksitosin səviyyəsi artır ki, bu da qan təzyiqini normaya salır.
6. Bədən istiliyi yuxuya təsir edir
2014-ci ildə aparılan bir araşdırma normal və sağlam yuxu üçün bədən istiliyinin əhəmiyyətli olduğunu ortaya qoyub. Yuxusuzluq problemi yaşayan insanların təbii bədən istilikləri sağlam yuxu nizamına sahib olanlara nisbətən daha yüksəkdir. Deməli, çılpaq yatmaq, eyni zamanda, fasiləsiz və rahat bir yuxu deməkdir.
lent.az