Kəbin kəsilərkən qızla oğlanın iştirakı da vacibdirmi?

Kəbin kəsilərkən qızla oğlanın iştirakı da vacibdirmi?
Kəbində qızla oğlanın iştirakı vacib deyil, amma bu qadağan da deyil. Vacib olan budur ki, qızın və atasının (əgər qız bakirədirsə) razılığı kəbin kəsdirən adama bəlli olsun. Kəbində istənilən sayda adam iştirak və şahidlik edə bilər. Amma bu, vacib deyil. Hətta oğlan və qız kəbinə razı olduqlarını və öz şərtlərini çatdırmaq üçün bir nəfəri özlərinə vəkil seçə bilərlər.

Feat.Az islam.az-a istinadən bildirir ki, bu adam hər iki tərəfın adından vəkil olaraq ruhaninin yanında kəbini kəsdirə bilər. Qızın (əgər bakirədirsə) atasının razılığını da ruhaniyə o çatdıra bilər. Hətta ruhaninin özü də qız və oğlan tərəfdən vəkil edilərək kəbini kəsə bilər. Başqa kiminsə iştirakı tələb olunmur. Hərçənd ki, hər tərəfdən ağsaqqalların kəbin mərasimində iştirakı və şahidliyi bəyənilən bir hərəkət kimi dəyərləndirilir. Bunlar cəfəri məzhəbinə aid olan hökmlərdir. Sünni məzhəbində kəbin zamanı iki nəfər ədalətli şahidin iştirakı vacibdir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.