Sevgisini Etiraf Etməkdən Utananlara Məsləhət

19 Eylül 2022
2 629
0
Sevgisini Etiraf Etməkdən Utananlara Məsləhət
Kimisə sevdiyiniz halda ona sevginizi etiraf edə bilməməyiniz normal bir haldır. Çünki siz onu həqiqətən sevirsiniz. Bu halda heç nədən qorxmayın.

Sevgisini etiraf etməkdən utanan, yaxud "yox” cavabından qorxanlar üçün bir neçə məsləhət təqdim edirik.

Sevdiyiniz insana qarşı dürüst olun. İlk öncə onun sevgisini deyil, inamını qazanmağa çalışın. "Səni sevirəm” deməklə onun ürəyini qazana bilmərsiniz. Onunla dost olmağa çalışın.
Dost olduqdan sonra aranızda səmimiyyət yaranacaq. Onunla ciddi məsələ haqqında danışmaq istədiyinizi söyləyin. Ciddi məsələnin nə olduğunu o, artıq təxmin edəcək
Sevdiyiniz insanı hər ikinizin də rahat ola biləcəyiniz yerə dəvət edin. Çünki ətrafınızda dostlarınızın, ya da başqa adamların olması sizi utandıra bilər. Rahat olmağa çalışın.
Görüşdə dərhal onu sevdiyinizi deməyin. İlk öncə başqa şeylərdən danışın, necə olduğunu, gününü necə keçirdiyini soruşun. Yavaş-yavaş əsas məsələyə keçin. Sadəcə onun gözlərinə baxın və söhbətə başlamaq üçün ondan 1-2 dəqiqə istəyin. Susaraq onun gözlərinə baxmanızın ona qarşı nələr hiss etdiyinizin ifadəsidir. O, özü bunu anlayacaq. Çoxdandır ona demək istədiklərinizi, onu nə qədər sevdiyinizi qorxmadan söyləyin. Düşünməyin ki, "yox” cavabı ala bilərsiniz. Yaxşı olacağını düşünün. Bəlkə o da sizə qarşı laqeyd deyil?! Yox, əgər sevginizə qarşılıq almasanız, həmin insanla sadəcə dost qalmağa çalışın.
Mənbə:lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.