Seks, yoxsa sevişmək?

Seks, yoxsa sevişmək?
Daha çox sevişmək, yoxsa seks sözünü işlədirsiniz? Çoxları bunlar arasında heç bir fərq olmadığını düşünür. Amma yanılırlar. Feat.Az sevişməklə seks arasındakı fərqi izah edir.

- Seks üçün geyimləri çıxarılar, sevişmək üçün duyğuları geyinirlər.
- Hər kəslə sekslə məşğul olmaq olar, sevişmək yalnız sevdiyin insanla olur.
- Seks şəhvət üzərindən yüksələr, sevişmək arzu.
- Seksdən sonra dostlarla bunu müzakirə etmək olur, sevişməyi isə insan öz qəlbində saxlayır.
- Sekslə məşğul olduğun adamı bir daha görmə ehtimalın aşağıdır, sevişdiyin adamı bir daha görməmək ehtimalın aşağıdır.
- Seks porno filmlərin mövzusudur, sevişmək romantik komediya filmlərinin.
- Seks xarici mənşəli sözdür, sevişmək isə feldir.
- Seks üçün bədən kifayətdir, sevişmək üçün ruh da lazımdır.
- Seks qadınla kişinin dünyasıdır, sevişmək qadınla kişinin kainatıdır.
- Seks erotika ilə xarakterizə olunur, sevişmək romantika ilə.
- Seks sadəcə bir mətndir, sevişmək isə şeirdir.
- Seks ehtiyacdır, sevişmək həyat.
- Seksdə bir çox əlavə vasitələr olur, sevişməkdə isə yalnız iki insan.

lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.