Oğlan evlənərkən valideynlərindən icazə alması lazımdırmı?

08 Ekim 2016
1 975
0
Oğlan evlənərkən valideynlərindən icazə alması lazımdırmı?
Feat.Az islam.az-a istinadən bildirir ki, Şəriətə görə, bakirə qız ərə gedərkən atasından ya babasından icazə almalıdır. Oğlan üçün bu şərt yoxdur. Hətta bəzi hədislərdə qəti şəkildə bildirilir ki, əgər evlənmək barəsində oğlanla valideynləri arasında fikir ayrılığı yaranıbsa, oğlan öz seçiminə əməl etsin. Amma nəzərə almaq lazımdır ki, İslamda valideynlərlə mehriban davranmaq, onların qəlbini qırmamaq da əmr olunub. Yaxşı olar ki, oğlan evlənmək istədikdə bu məsələni ata-anası ilə müzakirə etsin, öz seçimini onlara da bildirsin, onların fikrini öyrənsin. Valideynlər daha zəngin həyat təcrübəsinə malik olduqları üçün onların məsləhətləri faydalı ola bilər. Əgər valideynlər oğlanın seçimi qarşısında haqsız etiraz edirlərsə, onu sevmədiyi bir qızla evləndirmək istəyirlərsə, bu halda oğlanın öz seçiminə əməl etmək haqqı vardır. Amma bu zaman valideynlərinə qarşı kobudluq və hörmətsizlik etməsi günahdır.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.