Qızlar, Diqqət! - Kişilərin eşitməkdən xoşlanmadığı sözlər

Qızlar, Diqqət! - Kişilərin eşitməkdən xoşlanmadığı sözlər
Kişilər bəzən elə sözlər söyləyərlər ki, eşitdiklərinizə inanmaqda çətinlik çəkərsiniz. Lakin günahı yalnız onlara atmaq bacarıq deyil. Çünki kişilərin də eşitməkdən xoşlanmadığı sözlər vardır.

Çox şirinsən

Siz sevdiyiniz kişiyə kompliment deməyə çalışır ola bilərsiniz; lakin bunu bilmənizdə fayda var: kişilər "şirin" sözünə nifrət edərlər. Yoldaşınız qəşəng bir paltarla qarşınıza çıxdığında ona "çox şirin olmusan" demək kişilik qüruruna təhqir etmək mənasına gələ bilər. Bu səbəblə "şirin" sözcüyünü mümkün olduğunca az istifadə etməlisiniz.

Danışmağımız lazımdır


Bu iki söz kişilərin arxasına baxmadan qaçmaq üçün yer axtaracağı sözlərdir. Bu səbəblə əgər bir probleminizi paylaşmaq üçün danışacaqsınızsa birbaşa olaraq 'danışmağımız lazımdır' deməyin. Mövzuya girmək üçün uyğun anı gözləyin və gözləmədiyi bir anda mövzunu açın.

Yalnız bir oyun


Yoldaşınız futbol matçı izləyərkən ona "Niyə bu qədər əhəmiyyət verirsən, yalnız bir oyundur" desəniz ürəyini qırmış olarsınız. Çünki kişilər üçün idman qarşılaşmaları həyatlarının vazkeçilməzidir. Ona hörmət göstərdiyinizi bilməsini istəyirsinizsə, bu cür idman fəaliyyətlərində ona dəstək olmalı, lazım olsa birlikdə seyr etməyi təklif etməlisiniz.

Heç bir şey yoxdu

Sifətiniz beş qarış və əsəbi olduğunuz hər halınızdan bəllidir. Yoldaşınız yanınıza gəlib sizə nə olduğunu soruşduğunda qətiliklə "heç, bir şey yoxdur" deməyin. Çünki üzünüz onsuz da sizi ələ verir. Onun təxmin etməsini gözləsəniz daha çox gözləyərsiniz.

Bu nə geyimdir belə?


Kişilər qadınlar kimi nə geyəcəklərini saatlarla düşünməzlər, bu səbəblə paltarların tənqid olunmasından nifrət edərlər. Əgər üzərindəkini bəyənməsəniz ona gözəl bir şəkildə "məncə sənə o biri daha çox yaraşır" deməniz kifayətdir.

Səncə gözəldirmi?


Birlikdə bir yerlərə getdiyinizdə gördüyünüz gözəl qadın üçün "səncə gözəldirmi?" deyə bir sual soruşmağınız kişiləri hövsələdən çıxardır. Çünki hansı cavabı verirlərsə versinlər xoşbəxt ola bilməyəcəyinizi bilərlər. "Xeyr" desələr inanmayacaqsınız, "bəli" desələr dalaşacaqsınız. Bu ikiləmi yaratmamaq adına bu sualı da soruşmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.