Həftədə neçə dəfə seks orqanizm üçün xeyirlidir?- Professor açıqladı ...

Həftədə neçə dəfə seks orqanizm üçün xeyirlidir?- Professor açıqladı ...
"Mənə müraciət edən bir çox şəxsi cinsi həyatın əsas suallarından biri hesab edilən məsələ maraqlandırır. Bir çoxlarını həftədə neçə dəfə sekslə məşğul olmağın orqanizm üçün ziyanlı olmadığı düşündürür. Bu məsələdə də hər şeyin artığı və əskiyi ziyanlıdır prinsipini nəzərə almaq lazımdır”.

Bunu türkiyəli sekspotoloq, professor Halim Həttad bildirib. Onun sözlərinə görə, ilk növbədə seksin düzənli olmasına diqqət yetirmək lazımdır: "Məsələn, həftədə 1-2 dəfə sekslə məşğul olub, 2 ay ara verməkdənsə, düzənli şəkildə sekslə məşğul olmaq daha xeyirlidir. Düzənli əlaqə insanın təkcə cinsi təlabatını ödəmir, eyni zamanda fiziki rahatlıq verir, psixi gərginlikdən azad edir və insanın daha seksual olmasını təmin edir. Əgər seks fasiləsi 3 aydan artıq davam edərsə, bu, bütün cinsi hormonları alt-üst edir. Buna yol verməmək üçün həftədə ən azı 2 dəfə sekslə məşğul olub orqanizminizə rahatlıq verməlisiniz”.

Mütəxəssisin sözlərinə görə, əgər cütlük ildə 10 dəfədən az seksual birlikdəlik yaşayırsa, onların münasibətinin bərbad olduğunu düşünmək olar. Bunu aradan qaldırmaq üçün mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.