CİNSİ SOYUQLUQ: Frigidlik nədir? nədən əmələ gəlir?

CİNSİ SOYUQLUQ: Frigidlik nədir? nədən əmələ gəlir?
Səbəbləri və əlamətləri nələrdir?
Cinsi soyuqluq olaraq da bilinən bu vəziyyət haqqında maraqlananlar üçün AzadQadın.az təqdim edir.

"Frigidlik", və ya "cinsi soyuqluq" qadında cinsi istəksizlik vəziyyəti, cinsi funksiya pozğunluqlarından biridir. Azalmış cinsi istək, kafi cinsi xəbərdarlıq olmasına baxmayaraq cinsi fantaziyaların və ya cinsi fəaliyyət istəyinin az olması və ya heç olmamasıdır. Bunun davamlı və ya təkrarlayıcı olması, tibbi bir səbəbə bağlı olmaması, diqqətə çarpan təzyiq və kəslər arası çətinliklərə gətirib çıxarması olaraq ifadə edilir.

Səbəbləri:
Bir qadın əgər cinsi soyuq olaraq xarakterizə edilirsə bunun ardında iki növ əlamət qrupu vardır:

Arzu problemlərini müşaiyət edən faktorlar
Funksional ya da romantik problemlər.

Funksional problemlər bu şəkildə sıralana bilər:
Ağrılı cinsi birləşmənin olması (disparoni)
Xəbərdar edilmə və ya orgazm pozğunluqları.
Burada həyat yoldaşı faktoru da var, belə ki, erkən boşalma problemi olması, iqtidarsızlıq-sərtləşmə problemi olması, partnyorun doğru və kifayət qədər qadını xəbərdar edə bilməməsi kimi....
Hamiləlik dövrü ya da sonrası ilə əlaqədar çətinliklər
Tibbi xəstəliklər, menapoz və dərmanların yan təsirləri

Burada ilk üç vəziyyət arzu problemlərinin nəticəsi olaraq ortaya çıxa bilər, istəmədən seks etmək məcburiyyətində qalmaq, seks etmək istəmək, amma kafi gücə sahib olmadığını hiss etmək, cinsi həyatın nəticələri ilə əlaqədar mənfi düşüncələrə sahib olmaq və s.
Digər tərəfdən bu 4 vəziyyətin hər biri cinsi əlaqəni zövqsüz hala gətirə bilər, ya da gərginlik yaradıb arzu problemlərinə yol aça bilər.

Arxa planda gizlənən duyğular...
İstək problemi olan frigifzmdə arxa planda gizlənən duyğular bu şəkildədir:

Hirslilik:
Bu vəziyyət özünə, partnyoruna, ümumiyyətlə qarşı cinsə və ya da cinsi əlaqəyə qarşı ola bilər.

Utanma:
Fantaziyalardan, ehtirasdan, bədənindən, ilk cinsi təcrübədə olmaqdan , rədd edilməkdən, valideynlərindən, erotizmdən ola bilər.

Qorxu:
Fantaziyalardan, fiziki ağrıdan, hamilə qalmaqdan ola bilər.

Narahatlıq və ya qayğı:
Performansdan, rədd edilməkdən, fiziki ağrıdan, partnyoruna uyğun qarşılıq verə bilməməkdən ola bilər.

Müalicəsi...

Tibbi faktorlar aşkar edildikdən sonrakı müalicə psixoterapevtik tətbiqlərdir. Psixoterapiyaya başlamadan əvvəl depressiya, dərman və ya spirtli içkilər istifadəsi ehtimalları ilə əlaqədar xəstə məlumatlı olmalıdır.

1. Xəstə doğru olmayan miflər, ya da ön mühakimələrə sahib ola bilər. Əvvəlcə bunların aşkar edilməsi və danışılması lazımdır. Doğru olan nöqtə xəstənin nə istədiyidir.

2. Müalicə hədəfləri və strategiyaları təyin olunmalıdır.

Hansı şərtlərdə hansı növ və miqdarda seksdən xoşlandıqları müəyyən olunmalı.
Partnyorların cinsi həyatla əlaqədar gözləmələri təyin olunmalı.
İstəklərini söyləməkdən uzaqlaşdıran faktorlar nəzərdən keçirilməli.
Duyğuların ortaya çıxarılması və danışılması lazımlı.
Sahib olduqları cinsi əlaqədən daha çoxuna fokuslanmalarını təmin edilməli.
Sahib olduqları mənfi duyğu və düşüncələr müsbətlər ilə qurulmalı.

3. Xəstələrin çoxu cinsi olaraq səhv məlumatlara malikdir. Buna görə onlar doğru cinsi məlumatlandırılmalıdır. Qadına bədəni, cinsi bölgələri, fantaziyalar, menapauz dövrü, orqazm olmağı öyrənmə ilə əlaqədar bibliyoterapi (kitab, film, video və s.) dəstəyi lazımdır.

Hər yetkin fərdin sağlam və həzz alacaq şəkildə cinsi həyatı yaşaması haqqıdır.
Əgər özünüzdə və ya partnyorunuzda bu vəziyyət varsa gecikmədən mütəxəssisdən dəstək alınmalıdır.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.