TƏMAS və TOXUNUŞ - İki şəxsin Ailə həyatında Ən Önəmli faktdır !

TƏMAS və TOXUNUŞ - İki şəxsin Ailə həyatında Ən Önəmli faktdır !
Ailə qurulduğu zaman iki şəxsin bir – birinə qarşı hiss etdikləri hər duyğu çox önəmlidir.Bu hisslər hər insanda fərqli olur.Kimisində şəfqət, kimisində ehtiras, kimisində güclü xoşlanmaq hissi və ən nəhayət ən gözəl duyulan sevgi hissi.

Sadalanan hisslərin bu və ya digərindən hər hansı birinin hesabına ailə qurulduğu zaman qadınla kişi birlikdə olur və birlikdə yaşayır.

Çox zaman belə bir fikir hökm sürür ki, ailə qurulduğu zaman qayğı, diqqət, nəvaziş və ən nəhayət canlı təmasla toxunuş, sığal çəkmək yalnız qadınların ehtiyacı olan şeylərdir.Bu fikir tamamilə yanlışdır.Doğrudur, qadınlar incə və zərif məxluq olduğu üçün bu cür davranış və diqqətə kişilərdən qat – qat çox ehtiyac duyurlar.Lakin bütün bu cür hissləri qadınlar öz həyat yoldaşlarına da göstərməlidirlər.Məsələn, yoldaşınız işdən evə gəldiyi zaman, xoş sözlə onu dindirin, yanına gedin və onun başını dizlərinizin üzərinə qoyun, saçlarını oxşayın, öpün, bir sözlə, canlı təmas yaradaraq ona sevgi ilə toxunun və sevginizi bəlli etməyə çalışın.

Yuxarıda sadalanan məsləhətlər bəlkə də həyəcanını itirmiş ailə həyatını xilas edəcək bildirişlərdir.Hər iki tərəf, həm qadın həm kişi bir – birinə sevgi göstərməyi, ona toxunub həyəcanlandırmağı bacarmalıdır, çünki bu zaman hər iki tərəfin bir – birinə qarşı maraq və istəyi artır və ailə daha sevgili və möhkəm olur.
fenomen.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.